Əsas Səhifə > Güney Press / Manşet > BAKIDA MƏTBƏƏÇİ OVUNA START VERİLİB
BAKIDA MƏTBƏƏÇİ OVUNA START VERİLİB4-06-2012, 18:21 |
![]() HÜQUQ-MÜHAFİZƏ ORQANLARI 20-YƏ YAXIN ŞƏXSİ HƏBS EDİB DİA.AZ: - Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin əməkdaşları “Parlayan Günəş” nəşriyyatının əməkdaşlarını həbs edib. Polis əməkdaşları iyunun 1-də nəşriyyatın ofisinə gəlib işçiləri bölməyə aparıblar. Sonra isə ofisdə olan bütün kitabları və kompüterləri götürüblər. Səbəb kimi nəşriyyatın lisenziyasız işləməsi və vergidən yayınması göstərilib. Nəşriyyatın əməkdaşları “Faktxeber.com” saytına bildiriblər ki, cərimə ödənilməsi lazım olan yerdə qanuni fəaliyyətlə - bütün kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub - məşğul olan şəxslərin Vergilər Nazirliyi tərəfindən deyil, polis əməkdaşları tərəfindən saxlanılması və 5 sutka həbs cəzasına məhkum edilməsi anlaşılmazdır. Dəqiqləşdirilməyən informasiyalara görə, həbs olunanlar bunlardır: Nurman Şahmərdanlı, İsmayıl Süleymanov və Qabil Şahmərdanov. DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, son günlər hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəşr evində oxşar əməliyyatlar keçiriğblər. Bu barədə məlumatı verən mənbə iddia edir ki, səbəb В«AvroviziyaВ» əleyhinə olan təbliğat materiallarının və disklərin Bakıda nəşr edilməsi, çoxaldılması faktlarının müəyyən olunmasıdır. В«Bundan sonra bir neçə nəşr evində və səsyazma studiyasında əməliyyatlar keçirilibВ» deyən mötəbər mənbə idida edir ki, bu vaxta qədər təxminən 20-yə yaxın mətbəə və studiya işçisi müxtəlif ittihamlarla həbs olunub. Maraqlıdır ki, onlara heç də hansısa təbliğat materiallarının çoxaldılması və yaxud da nəşri ilə bağlı konkret ittiham irəli sürülməyib. Geri qayıt |