Əsas Səhifə > Güney Press / Manşet > İRANLA MƏTBU ATƏŞKƏS ƏLDƏ OLUNUB?
İRANLA MƏTBU ATƏŞKƏS ƏLDƏ OLUNUB?4-06-2012, 17:36 |
![]() HƏLƏLİK ƏN SÖYÜŞCÜL İRAN SAYTLARI BELƏ, SUSMAQDADIR DİA.AZ: - Məlum olduğu kimi, neçə müddətdir Azərbaycan dövlətini hədəfə alan fars-molla mətbuatında qəfil şəkildə fasilə yaranıb. Yəni dövlətimizin həqarətinə ara verilib və bunun hansı müddətə qədər davam edəcəyi bəlli deyil. DİA.AZ olaraq apardığımız müşahidələr zamanı müəyyən edə bildik ki, В«arannyusВ» kimi antiAzərbaycan ruhlu portallarla yanaşı, ən söyüşcül bir sayt kimi tanınan və heç bir etik normaya riayət etməyən В«abna.irВ» portalında da məlumatlar yenilənmir. Çünki yeniləndiyi təqdirdə Azərbaycan dövləti hədəfə alınır və В«atəşkəsВ»ə sözügedən portalda da riayən olunur. Məlumatlı mənbə bunu redaksiyamıza Prezident Administrasiyasının sözçüsü Əli Həsənovun bir neçə gün əvvəl İran əleyhinə sərt çıxışı ilə əlaqələndirdilər. Belə ki, İrana müraciətdə В«sizin dininiz də saxtadır, özünüz də saxtasınızВ» ifadəsini işlədən Əli Həsənovun bu sözləri ilə bağlı rəsmi Tehran Bakıdan hesabat istəməyə belə qalxıb: В«Amma rəsmi Bakı ilk əvvəl İrana aid xəbər portallarının və antiAzərbaycan ruhlu digər təbliğat vasitələrinin susdurulmasını tələb edib. Və İrandan olumlu cavab gəlib. Hər iki tərəf eyni zamanda mətbu atəşkəsin əldə olunması, problemlərin danışıqlar yolu ilə həlli barədə razılıq əldə edibВ». Geri qayıt |