Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR

ŞOK: QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR


4-06-2012, 16:45
ŞOK: QARABAĞDA MÜHARİBƏ BAŞLAYA BİLƏR

KLİNTONUN HƏM DƏ BU MƏSƏLƏYƏ GÖRƏ BAKIYA GƏLDİYİ DEYİLİR

DİA.AZ: - Son günlər ermənilər cəbhə xəttində gərginlik yaratmaqda davam edirlər ki, bu hərəkətlərini daha da intensivləşdiriblər. Elə özlərinin yaydıqları sonuncu məlumatda da bildirilir ki, toqquşma zamanı 3 hərbçilərini itiriblər, daha 5 erməni dığası isə ağır şəkildə yaralanıb.

Bir sözlə, cəbhə xəttində gərginlikdir. Amma gərginlik tək ermənilərin diversiyaları ilə məhdudlaşmır. DİA.AZ redaksiyasının əldə etdiyi məlumatlardan aydın olur ki, Rusiyada yenidən prezident kürsüsünə əyləşən Vladimir Putin rəsmi Bakıya ilginc bir təklifdə bulunub: В«Həmin təklifdə Azərbaycana Qarabağı işğaldan azad etmə fürsəti verilir və bunun da müqabilində Azərbaycan bir dövlət olaraq tam olaraq Rusiyanın nəzarəti altına keçir. Artıq bu məsələnin rəsmi Bakı tərəfindən ciddi şəkildə müzakirə olunduğu və müsbət cavabın verilmə ehtimalının yüksəkliyi də hiss olunandırВ».

Bunun isə bir çox çevrələrdə narahatçılıq yaratdığını bildirən mənbəmiz maraqlı açıqlamalarda da bulundu: В«Son zamanlar Azərbaycana total hücuma keçən İran mediasının da rus barmağı ilə hərəkət etdiyi heç şübhəsizdir. Bu yolla Kreml əslində rəsmi Bakını geri qaytarmağa çalışır və bütün vasitələrdən istifadə edir. Heç nə təsirli olmayanda isə Azərbaycan üçün ümdə olan əsas rıçaq - Qarabağ münaqişəsi dövriyyəyə buraxılırВ».

Artıq danışıqların çox ciddi mərhələyə qədəm qoyduğunu bildirən mənbəmiz bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə qarşı sui-qəsd planının olmasını da nəzərə almağın vacibliyini qeyd etdi: В«Təbii ki, hər şeyi doğru-dürüst hesablamaq lazımdır. Azərbaycan hakimiyyəti özünü çətin duruma salıb. Amma bazarlıq üçün yeni fürsətləri varВ».

Bundan dolayı Azərbaycanın Qarabağı azad etmə təklifinə müsbət cavab verə biləcəyini qeyd edən mənbəmizin sözlərinə görə, bu isə Qərbin maraqları ilə uzlaşmır: В«Diqqət yetirin, Rusiya ilə məxfi danışıqlar başlayandan Qərbə aid çevrələrdən, xüsusən də ABŞ-dan В«MÜHARİBƏ QADAĞANDIRВ» mahiyyətli açıqlamalar bir-birinin ardından gəlir. Və Klintonun da Cənubi Qafqaz regionuna gəlişi də səbəbsiz deyil, bununla əlaqədardırВ».


Geri qayıt