Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI RAMİZ CƏBRAYILOV QOÇULUQ EDİR
İCRA BAŞÇISI RAMİZ CƏBRAYILOV QOÇULUQ EDİR4-06-2012, 16:15 |
![]() BİR MÜƏLLİMİ DÖYƏN, BİRİNİ İSƏ TƏQİB EDƏN BAŞÇIYA KİMSƏ BATA BİLMİR DİA.AZ: - Laçın rayon təhsil şöbəsinin keçmiş metodisti Müqabil Baxışov bazar ertəsi Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. Keçmiş təhsil işçisi rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovu rayonu mafiya qaydaları ilə idarə etməkdə ittiham edib. Başçının qəbuluna gələnlərin söyüş və təhqirlərə məruz qaldıqlarını iddia edib. Rayonun müəllimi Almurad Novruzoğlunun icra başçısı tərəfindən döyüldüyünü, amma hüquq-mühafizə orqanlarının bu faktı araşdırmadıqlarını söyləyib. DİA.AZ bildirir ki, M.Baxışov R.Cəbrayılovu rayon Xeyriyyə Fondunda yığılan 20-30 min manat pulu mənimsəməkdə ittiham edib. İcra başçısını tənqidə görə Bəxşeyiş Xudayarovun, Aslan Həsənovun, bütünlükdə isə 50-yə yaxın sakinin məhkəməyə verildiyi qeyd olunub. Qaçqın və məcburi köçkünlər üçün tikilən 552 evin paylanmasında ədalətsizlik olduğu deyilib. Qazma şəraitində, qamış evlərdə yaşayanlara, Qarabağ müharibəsi veteranlarına ev verilmədiyi deyilib. Evlərin Bakıda və Sumqayıtda şəraiti yaxşı olan Laçın sakinlərinə verilməsini M.Baxışov korrupsiyanın olması ilə əlaqələndirib. Onun iddiasına görə, rayon sosial müdafiə mərkəzinin keçmiş mühasibi Mötəbər Səmədovun intiharında da R.Cəbrayılovun rolu var. “Köçkünlərin bədbəxtliyi üzərində xoşbəxtlik qurmayın”, - deyə keçmiş təhsil işçisi R.Cəbrayılovu himayə edən yuxarı vəzifəli şəxslərə mesaj göndərib. Həyatının təhlükədə olduğunu deyən M.Baxışov bu ilin martında zor vasitəsilə işinin öhdəsindən gəlməməsilə bağlı ərizə alaraq işdən azad edildiyini deyib. İcra başçısının onu həbslə hədələdiyini deyən M.Baxışov bu hədənin gerçək olduğunu bildirərək, dövlət başçısı İlham Əliyevə, beynəlxalq qurumlara və xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb. Geri qayıt |