Əsas Səhifə > Güney Press / Manşet > KƏMALƏDDİN HEYDROVUN ŞİRKƏTİ HƏDƏFDƏ
KƏMALƏDDİN HEYDROVUN ŞİRKƏTİ HƏDƏFDƏ4-06-2012, 14:46 |
![]() “MKT İSTEHSALAT & KOMMERSİYA“ MMC ÖHDƏLİYİ YERİNƏ YETİRMƏYİB DİA.AZ: - Aparıcı pambıqçılıq və tekstil müəssisəsi “MKT Istehsalat & Kommersiya“ MMC beş il ərzində “Sumqayıt Xovlu İplik“ fabrikinin yenidən qurulması və istehsalın bərpası üzrə öhdəliyi yerinə yetirməyib. Amma bu, “Sumqayıt Xovlu İplik” ASC-nin səhmlərinin 30,02%-ni şirkətin mülkiyyətinə verməkdə hökumətə mane olmayıb. “Sumqayıt Xovlu İplik” fabrikinin deyilən həcmdə səhmləri 2007-ci ildə müəssisənin bərpası üçün satışa çıxarılmışdı. O vaxt şəffaf olmayan müsabiqədə FHN rəhbəri Kəmaləddin Heydərovun ailəsinə məxsus “MKT Istehsalat & Kommersiya” MMC qalib elan edildi. 1 ildə müəssisəyə $2,6 mln investisiya qoyulmalı idi. 25 may 2012-ci ildə səhmdarların ümumi yığıncağı zamanı məlum olub ki, avadanlıq alınıb, köhnə istehsal vasitələri sökülüb (binalar, dəzgahlar və s.). Amma başqa iş görülməyib. Alınan avadanlıq qurulmayıb, vəd edilən 300 yeni iş yeri açılmayıb. İstehsalın bərpası üçün 10 mln manat investisiya tələb olunur. “MKT Istehsalat & Kommersiya” təmsilçiləri “Sumqayit Xovlu İplik” ASC səhmdarlarına belə məlumat veriblər. Demək, SC-də investisiya auditi obyektiv olmayıb. ƏMDK mətbuat xidmətində “Sumqayit Xovlu İplik” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi ətrafında vəziyyəti şərh etməyiblər. Azərbaycanda qanunvericiliyin müddəaları olsa da, özəlləşdirmə üzərində dövlət və ictimai nəzarət yoxdur. “Sumqayit Xovlu İplik” ASC-nin nizamnamə kapitalı 2 237 min manatdır. Səhmlərin 92,5%-i “MKT İstehsalat & Kommersiya”ya məxsusdur. Qalan 7,5% səhm yüzə yaxın fiziki şəxs arasında bölünüb. Fabrikin əsas vəsaitlərinin qalıq qiyməti 1 mln manatdan çoxdur. DİA.AZ - Ziya Yusifov ![]() Geri qayıt |