Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT KEÇMİŞ NAZİRLƏ ANLAŞDI?
HAKİMİYYƏT KEÇMİŞ NAZİRLƏ ANLAŞDI?4-06-2012, 14:27 |
![]() ƏLİ İNSANOVUN AKADEMİK ADI VƏ AZADLIĞI GERİ QAYTARILIR DİA.AZ: - Bu gün gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev azadlığa buraxıldı. Daha bir neçə məhbus üçün də eyni yol görünür. Bu barədə məlumatlar yayılıb. Indi isə 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı qolları qandallanmış Əli İnsanovun da azad ediləcəyi bildirilir. Xatırladaq ki, bir neçə il bundan əvvəl keçmiş Səhiyyə naziri Əli İnsanov prinsipiallığından əl çəkməyərək, həm müxalifətdə olduğunu, həm də qeyri-rəsmi şəkildə ondan istənilən pulu verməyəcəyini bəyan etmişdi. Buna görə, hətta həbsdə dəfələrlə onunla görüşlər keçirilib və ortaq razılığa gəlinmək cəhdləri edilmişdi. Səhhəti pis olsa da, Əli İnsanov deyilənlərlə razılaşmayıb və son seçkilərdə müxalifətə dəstək olaraq seçkiləri boykot edənlər sırasına qoşulmuşdu. Amma bu günlərdə aldığımız maraqlı məlumat göstərir ki, deyəsən vəziyyət dəyişib. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, Əli İnsanovla son danışıqlarda bir neçə şərt əsasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, Əli İnsanov ondan istənilən pulun tam yarısını ödəyəcək, qarşılığında isə azadlığa çıxacaq. Azadlığa çıxandan sonra siyasi baxışlarında dəyişiklik etməyəcək və hakimiyyətin xeyrinə hər hansı bəyanat səsləndirməyəcək. Qarşılığında isə siyasətlə məşğul olmayacaq və müalicə almaq adı ilə ölkəni bir müddət tərk edərək, Almaniyada yaşayacaq. Almaniyada yaşadığı müddətdə heç vaxt mətbuatla təmas qurmayacaq və siyasi məhbus olması ilə bağlı çağırışlara cavab verməyəcək. Önəmli məqamlardan biri də budur ki, Əli İnsanov azadlığa çıxandan sonra yumşaldılmış bəraət də əldə edəcək. Bunun üçün isə aşağıdakı şərtlərdən istifadə ediləcək. İlk növbədə Əli İnsanovun şikayəti dinləniləcək və məhkəmə ona qarşı irəli sürülmüş ittihamların demək olar ki, əksəriyyətini ləğv edəcək və qarşılığında vəzifə başında olan zaman səhlənkarlıq etmə maddəsi ilə ittiham ediləcək. Əslində isə bu bəraət alma kimi bir şeydir. Məhz bundan sonra ona zamanında dövlət tərəfindən verilən titullar geri qaytarılacaq. O cümlədən, akademik adı da. Geri qayıt |