Əsas Səhifə > Güney Press / Manşet > VASİF TALIBOV HAQQINDA YENİ LƏTİFƏ

VASİF TALIBOV HAQQINDA YENİ LƏTİFƏ


4-06-2012, 14:09
VASİF TALIBOV HAQQINDA YENİ LƏTİFƏ

HƏR HALDA, BUNUN REAL HADİSƏ OLDUĞUNU DEYƏNLƏR DƏ VAR

DİA.AZ: - Naxçıvanın şəriksiz В«hökmdarıВ» Vasif Talıbov barəsində cəmiyyət arasında yetərincə lətifə xarakterli şaiyələr dolaşmaqdadır. Əslində Vasif Talıbovun zaman-zaman nümayiş etdirdiyi keyfiyyətləri imkan vermir ki, danışılanların şaiyə-uydurma olduğunu və yaxud da real hadisə olduğunu ayırd edə biləsən.

Onların arasında ən məhşuru isə parlamentin sədri Oqaty Əsədovun Naxçıvana səfəri zamanı baş verdiyi iddia edilən olaydır. Söhbət В«qibtə eləməkВ» məsələsindən gedir.

Bu günlərdə isə DİA.AZ redaksiyasına В«Naxçıvan xanıВ» ilə bağlı yeni bir hadisə daışılıb. Bir daha vurğulayırıq ki, bunun hadisə olub-olmadığını dəqiq bilmirik. Sadəcə olaraq, maraqlı gəldiyindən oxucularımızla paylaşmaq qərarına gəldik.

Beləliklə, bildirilir ki, Naxçıvanda yeni bir məscidin inşasından sonra Vasif Talıbov yerli dindarlarla görüş keçirir. Görüş getdiyi sürədə birdən əzan səsi gəlir və namaz vaxtının olduğu məlum olur. Təbii ki, dindarlar da namaz qılmaları üçün Vasif Talıbovla görüşü yarımçıq kəsməli olurlar.

Amma bunu cəsarət edib deyə bilmirlər. Bu zaman aralarından biri ürəklənib Vasif Talıbova В«icazə verin, namazımızın vaxtıdır, gedək biz dəstəmaz alaqВ» deyə müraciət edir. Vasif Talıbov da öz növbəsində belə bir cavabı verir: В«Siz niyə əziyyət çəkirsiniz. Uşaqlara deyərəm, indi alıb gətirərlərВ».

Bir daha vurğulayırıq ki, bu söylənilənlərin real olub-olmadığını dəqiq bilmirik.


Geri qayıt