Əsas Səhifə > Güney Press / Manşet > KƏRƏM HƏSƏNOVUN ADI QALMAQALDA

KƏRƏM HƏSƏNOVUN ADI QALMAQALDA


1-06-2012, 16:55
KƏRƏM HƏSƏNOVUN ADI QALMAQALDA

KOMİTƏ SƏDRİ İRANLA ORTAQ ŞİRKƏT İŞLƏDİRMİŞ

DİA.AZ: - Son günlər İranla münasibətləri kəskin dərəcədə pisləşən rəsmi Bakının bu ölkəyə qarşı müxtəlif iqtisadi təzyiqlər tədarükündə olması barədə məlumatlar yayılmaqdadır. Məsələn, gələn xəbər arasında beləsi də var idi ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən Oromi qardaşlarına məxsus В«NABВ» şirkətinin payçısı olduğu В«Baku ElectronicsВ», В«Hyundai Auto AzerbaijanВ» və В«Bank of BakuВ» ilə bağlı müəyyən tədbirlər həyata keçirilə, onların payçıları arasından İran xətti sıxışdırılıb çıxarıla bilər.

DİA.AZ-a bu gün daxil olan məlumatda isə bildirilir ki, artıq rəsmi Tehranla bütün körpülərin yandığını anlayan YAP iqtidarı İranla ortaq olan şirkətlərin də siyahısını tutmaqla məşğuldur. Və bu proses zamanı çox maraqlı bir hadisə baş verib.

Mənbəmizin söylədikləri: В«Məlum olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yaxın şəxslərin İran kapitalını ortaqlıq etdiyi 8 şirkəti fəaliyyətdədir ki, həmin şirkətlər də müxtəlif istiqamətlər üzərə məhz Kərəm Həsənovun təsiri ilə çox ciddi dövlət tenderlərini ələ keçiriblərВ».

Bu şok situasiyanı ortaya çıxaran iqtidar araşdırmaçılarının artıq məsələ ilə bağlı müvafiq instansiyaları məlumatlandırdığını söyləyən mənbəmiz onu da bildirdi ki, çox ehtimal komitə sədri bununlə əlaqədar sorğu-sual ediləcək.

Onu da bildirək ki, əslən Cəlilabad rayonundan olan Kərəm Həsənov bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin dəstəyi ilə hakim elitaya daxil ola bilib və eyni zamanda Fərhad Əliyevin həbsindən sonra komitə sədri öz yaxın adamına xəyanətiylə iqtidar düşərgəsində möhkəmlənməyi bacarıb.

Kərəm Həsənovun deputat qardaşının isə İran və Ermənistanla biznes əlaqələrinin olması barədə məlumatlar isə hələ xeyli müddət əvvəl mətbuat səhifələrinə yol tapmışdı. Aydın olurdu ki, Həsənovların şirkəti İran vasitəsilə Ermənistana donuz yemi göndərməklə məşğuldur.

İndi isə bu əlaqələr belə ifşa olunub. Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt