Əsas Səhifə > Güney Press / Manşet > BƏXTİYAR HACIYEV AZADLIĞA BURAXILACAQ
BƏXTİYAR HACIYEV AZADLIĞA BURAXILACAQ1-06-2012, 16:07 |
![]() ONUN PREZİDENTƏ ÜNVANLANAN MÜRACİƏTİ NƏZƏRƏ ALINIB DİA.AZ: - Xəbər verdiyimiz kimi, məhbus gənc Bəxtiyar Hacıyev bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət edib və azadlığa buraxılması ilə bağlı məsələyə baxılmasını istəyib. Xatırladaq ki, müraciətində keçmiş deputatlığa namizəd, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev azadlığa çıxmasını istəmişdi. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Mən hər zaman Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasını, gənclərimiz üçün iş və təhsil imkanlarının artırılmasını arzu etmişəm. Bu istiqamətdə görülən işlərə, qazanılan beynəlxalq uğurlara sevinmiş, onları təqdir etmişəm. Öz dövlətimi və xalqımı sevirəm və heç bir xarici maraq və siyasi ambisiya bu sevgidən üstün ola bilməz. Cənab Prezident! Düşünürəm ki, mən həbsdə məhkum kimi yox, azadlıqda olan və öz dövlətinin davamlı və dayanıqlı inkişafı üçün çalışan bir gənc kimi daha faydalı ola bilərəm. Bununla əlaqədar olaraq, azadlığa buraxılmağım məsələsinə baxılmasını Sizdən xahiş edirəm”. Bildirək ki, bu barədə DİA.AZ-a əlavə məlumatlar daxil olub. Mötəbər mənbələrdən redaksiyamıza ötürülən informasiyada qeyd olunur ki, artıq Prezident Administrasiyası tərəfindən Bəxtiyar Hacıyevin müraciəti təftiş olunur. Mənbənin söylədikləri: В«Ola bilsin ki, yaxın günlərdə Bəxtiyar Hacıyev azadlığa çıxsın. Onunla bərabər daha bir neçə vicdan məhbusunun da azadlığa çıxması gündəmdədirВ». Məlumatlara görə, bununla əlaqədar 2 aprel məhbuslarından bəzilərinə təkliflər də edilib. Onu da xatırladaq ki, bir müddət əvvəl Müsavat funksioneri Arif Hacılı da prezident İlham Əliyevə müraciət edərək, 2 aprel məhbuslarının azadlığa buraxılmasını xahiş etmişdi. İndi isə bu müraciətlərin cidiyə alındığı söylənilir. Geri qayıt |