Əsas Səhifə > Güney Press / Manşet > ARDNŞ ŞEFİNDƏN DAHA BİR В«SÜRPRİZВ»

ARDNŞ ŞEFİNDƏN DAHA BİR В«SÜRPRİZВ»


1-06-2012, 15:25
ARDNŞ ŞEFİNDƏN DAHA BİR В«SÜRPRİZВ»

BAYILDA В«AKAPENВ» DEYİLƏN ƏRAZİDƏKİ EVLƏR DƏ HƏDFƏ ALINIR

DİA.AZ: - Dövlət Neft Şirkəti vətəndaşlara qarşı hücumlarını davam etdirir. Bildirək ki, minlərlə ev ARDNŞ rəhbərliyi tərəfindən məhkəməyə verilərək qanunsuz elan edilib. Və ən diqqətçəkəni odur ki, min cür əyləncəyə milyonları rahatlıqla səpələyən rəsmi Bakı neftli ərazilərdə inşa olunmuş vətəndaş mülklərini sökərkən heç bir təzminat ödəmir.

Təbii ki, bu çətin durumda ev tikməyin sıradan vətəndaşa nələrə başa gəldiyini təxmin etmək o qədər də çətin deyil. Övladının boğazından kəsərək min-bir əziyyətlə inşa olunan biçarə vətəndaş evləri bir saatın içində Rövnəq Abdullayevin yolladığı ekskavatorlar tərəfindən yerlə-yeksan olunur.

Sonuncu dəfə ARDNŞ qoçularının belə bir həmləsi Sulutəpə ərazisindəki evlərə oldu. Nəticədə yerli sakinlərlə Rövnəq Abdullayevin qoluzorluları arasında baş verən qalmaqal hətta beynəlxalq mətbuatın da diqqətini çəkdi. Amma buna rəğmən ARDNŞ rəhbərliyi özünü haqlı sayaraq aralarında iki jurnalistin da olduğu vətəndaşları zor tətbiq edən əməkdaşlarını cəzalandırmadılar. Yalnız quruca tənbeh.

Əksinə ARDNŞ adından 18 aprel tarixində Sulutəpədə yaşanılan olaylara verilən izahatın mətnindən də bəlli olurdu ki, Rövnəq Abdullayev bundan sonrakı həmlələrində qoluzorlularını daha da həvəsləndirmək üçün onların 18 aprel tarixindəki В«qəhrəmanlıqlarınaВ» göz yummaqdadır.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyalardan isə aydın olur ki, Rövəq Abdullayev digər neftli ərazilərə də hücumlar planlaşdırılır. Artıq məhkəmə instansiyaları Bakının mərkəzi rayonu olan Səbayelin Baıl qəsəbəsi ərazisindəki В«AkapenВ» deyilən yaşayış massivindəki evlərin məsələsini araşdırır. Təbii ki, məhkəmələrin Rövnəq Abdullayevin ürəyincə qərar çıxaracağı heç şübhəsizdir.

Məlumatı verən mənbə iddia edir ki, В«AkapenВ» deyilən ərazidə təxminən 1000-ə yaxın vətəndaş mülkünün yerlə-yeksan olunması planlaşdırılır: В«Yenə də heç bir kompensasiyadan söhbət belə gedə bilməz. Rövnəq Abdullayev hətta qoluzorlularının bu dəfə daha operativ işləmələri üçün onların saylarını artırmağı da planlaşdırırВ».

Bildirək ki, В«Rövnəq Abdullayevin qoluzorlularıВ» dedikdə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları nəzərdə tutulur. Həmin idarəyə isə sabiq Milli Təhlükəsizlik Nazirliyi əməkdaşı Rəşad Əliyev adlı şəxs rəhbərlik edir. Bəzi məlumatlara görə, Rövnəq Abdullayev 2005-ci ilin parlament seçkiləri zamanı onun seçki qərargahına rəhbərlik etmiş Rəşad Əliyevi Milli Təhlükəsizlik Naziri postuna hazırlayır. Elə buna görə də müşhidəçilər Rəşad Əliyevin Sulutəpə В«fəthiВ»ndəki canfəşanlığını və В«AkapenВ»i В«işğal cəhdləriВ»ni bir növ nazir postuna tədarük kimi qiymətləndirirlər.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləyin…

Geri qayıt