Əsas Səhifə > Güney Press / Manşet > OLİQARXLARIN NABRAN BİZNESİ ÇÖKÜR

OLİQARXLARIN NABRAN BİZNESİ ÇÖKÜR


22-05-2012, 16:22
OLİQARXLARIN NABRAN BİZNESİ ÇÖKÜR

DİA.AZ PORTALI İSTİRAHƏT MƏRKƏZLƏRİ İLƏ BAĞLI ARAŞDRIMAYA BAŞLADI

DİA.AZ: - SSRİ vaxtından mavi Xəzəri ilə məşhur olan Xaçmazın Nabran istirahət zonasında bu mövsum turist azlığı müşahidə olunur. Nabran meşə massivi və dəniz sahilində yerləşən istirahət mərkəzlərində dincələn yerli turistlər bildiriblər ki, hər cür şərait olsa da, qiymətlər o qədər də sərfəli deyil.

Onlar hesab edirlər ki, mərkəzlərdə bir gecəlik qalma xərci və xidmətlər ucuz olsa, bura gələn insanların sayı da çoxalar.

DİA.AZ bildirir ki, Nabranda qiymətlər ucuz olsa yaxşı olar. Həftələrlə gəlib qalarıq. Adam doyunca dincələr. Bütün Bakı sakinləri bura axışar. Axı buranın xaricdən nəyi pisdir? Sadəcə qiymətlər bahadır. Nabrandakı istirahət mərkəzlərinin rəhbərləri də bu mövsüm turist azlığını təstiqləyirlər. Amma onlar bunu heç də qiymətlərin baha olması ilə deyil, havaların qeyri-sabit keçməsilə əlaqələndirirlər.

İstirahət obyektlərinin rəhbərləri arasında turist azlığını ölkədə xarici dövlətlərə gediş-gəliş üçün tətbiq edilən hava nəqliyyatı xərclərinin yüksək olması ilə izah edənlər də tapıldı. İstirahət mərkəzlərindən birinin rəhbəri bildirir ki, rusiyalı turistin Azərbaycana gəlməsi üçün təyyarə xərci 600 manatdır. Belə yüksək nəqliyyat xərcinə görə əcnəbi turist bura gəlmək istəmir: В»Bir turistin bir gecəlik 3 dəfə səhər, günorta, axşam, İsveç Masasında şam etməsi, 30 növ yemək və əyləncə daxil olmaqla birlikdə xidməti 40 manatdır. Bir həftəlik paket 350 dollardır. Rusiyalı turist bu qiymətə Azərbaycana gələ bilmirВ».

Göründüyü kimi, turist azlığı ilə bağlı söylənilən fikirlər müxtəlifdir. Müşahidələr isə onu göstərir ki, insanların sadə təbəqəsi məhz qiymətlərin yüksək olması səbəbindən istirahətə gələ bilmir.

Mədəniyyət və Turizm Nazirliyi də Nabrandakı turizm obyektlərində qiymətlərin stabil qalması üçün monitorinq keçirib və obyekt rəhbərlərinə xidmət haqlarında yüksək qiymətlərin tətbiq edilməməsini tövsiyə edib.

Nəzərə alsaq ki, Nabrandakı В»bərkgedənВ» istirahət mərkəzləri ayrı-ayrı oliqarxların nəzarət və himayəsindədir, o zaman iri ranqlı məmur-biznesmenlərin В»turizm biznesiВ»nin ciddi şəkildə çöküş yaşadığını söyləmək üçün əsas yaranır.

P.S. Növbəti günlərdə Nabrandakı ayrı-ayrı obyektlər haqda məlumatları dərc edəcəyik. Bununla bağlı araşdırmalara başlamışıq. Bizi izləyin...


Geri qayıt