Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEVƏ YENİ MİSSİYA
RÖVNƏQ ABDULLAYEVƏ YENİ MİSSİYA18-05-2012, 17:02 |
![]() ARDNŞ PREZİDENTİ BAKIDAKI TURİSTLƏR ÜÇÜN KAZİNO TƏŞKİL EDİB DİA.AZ: - Məlum olduğu kimi, В«Avroviziya-2012В» mahnı müsabiqəsi ilə əlaqədar ölkə paytaxtına minlərlə turist gəlib. Qeyri-rəsmi rəqəmlərə görə, bu yarışma nədənindən Azərbaycana təxminən 25 minə yaxın əcnəbi təşrif buyurub ki, onların da böyük əksəriyyəti fərdi qaydada səfər edib. O da məlumdur ki, turistlər hər zaman səfər etdikləri yerlərdə gəzməli-görməli yerləri ziyarət etməyə maraq göstərirlər. Bu gün isə Azərbaycan paytaxtı daha çox inşaat meydançasını xatırlatdığından bu kimi yerlərin sayı olduqca məhduddur. Və elə buna görə də, rəsmi Bakı təşrif buyurmuş turistlərin könlünü ala bilməsi üçün müxtəlif üsullara əl atır. Son məlumatlarda da deyilir ki, məhz bu səbəbdən Bakıdakı muzeylərin ziyarət olunması pulsuz olacaq. Eyni zamanda turistlərin marağını cəlb edə bilmək üçün Bakıda В«AvroviziyaВ» yarışmasına paralel olaraq müxtəlif müsiqili əyləncə tədbirlərinin keçirilməsinə də start verilib. Artıq Bakı bulvarı bu kimi tədbirlərin həyata keçirilməsi üçün tam hazırlıqlı vəziyyətdədir. Amma bu da az imiş. DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən verilən məlumatda deyilir ki, Bakıya gəlmiş turistlərin istirahətinin təşkili məqsədilə Bakıda müvəqqəti kazinolar yaradılıb. Həmin kazinolardan ikisinin В«Hyatt RegensyВ» və bir başqa oteldə təşkil olunduğunu bildirən mənbəizin sözlərinə görə, ölkə paytaxtında əlavə olaraq daha 4 kazino da fəaliyyət göstərir. Mənbəmiz onu da iddia edir ki, Bakıda otellərdə qalan turistlər üçün nəzərdə tutulan xüsusi bələdçi bukletlərində həmin kazionlar barədə də məlumatlar verilir. Mənbəmizin sözlərindən o da aydın olur ki, bütün bu işlərin icrası isə birbaşa olaraq Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə həvalə edilib: В«Həmin kazinoların təşkili ilə bağlı ARDNŞ prezidenti hələ bir ay əvvəlcədən təlimatlandırılıb. Təxminən 4 milyon manat vəsait xərclənərək tapşırılan iş həyata keçirilibВ». Mənbəmiz onu da bildirdi ki, kazinoların fəaliyyətinə В«AvroviziyaВ» yarışması bitdikdən sonra son qoyulacaq. Bu isə o deməkdir ki, ARDNŞ prezidentinin öz büdcəsindən ödədiyi 4 milyon manat vəsait boşuna sərf edilib. Hər halda, görükəni budur. Amma o da var ki, Rövnəq müəllim sonra kazinoların təşkili üçün satın aldığı avadanlıqları sonradan başqa bir ölkədə satışa çıxara bilər. Geri qayıt |