Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN TENDER MAXİNASİYASI
MİSİR MƏRDANOVUN TENDER MAXİNASİYASI16-05-2012, 19:25 |
![]() BELƏCƏ NAZİR İŞİ AXIRDA ÖZÜNƏ GÖTÜRƏCƏK DİA.AZ: - Yeni tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapının satınalınmasına dair tenderə əsasən 1-ci siniflər üçün “Alman dili” və “Texnologiya”, həmçinin 5-ci siniflər üçün “Alman dili” və “Fransız dili” lotları üzrə tenderə təklif daxil olmayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, “Rus dili”, “Həyat bilgisi”, ”İngilis dili”, “Fransız dili”, “Fiziki tərbiyə”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan dili” (rus sektorları üçün), “İnformatika”, “Azərbaycan tarixi” və s. lotlar üzrə üçdən az təklif daxil olduğu üçün tender baş tutmamış sayılıb. Tender Komissiyası tərəfindən 1-ci siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat”, 5-ci siniflər üçün “Ədəbiyyat” və “Riyaziyyat” üzrə lotlarla bağlı təkliflər seçilib. Hər halda, təhsil nazirliyinin kitab tenderlərinə marağın az olması o qədər də inandırıcı deyil. Elə bunu DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir. TN-dəki mötəbər mənbə iddia edir ki, əslində tenderdə təklif olunan qiymətlər o qədər aşağıdır ki, həmin işlərə hansısa ciddi nəşriyyatın maraq göstərməsi imkansızdır. Mənbəmiz bildirir ki, bu da məqsədli şəkildə həyata keçirilir ki, sonradan Misir Mərdanov həmin işləri elə öz əlinin altında olan nəşr evlərinin iştirakı ilə həyata keçirsin: В«Bu da korrupsiyanın bir növüdür. Diqqət yetirin, Bakıda bu gün mətbəə bolluğu olan halda, mətbəələrin müştəri qıtlığı hiss etdiyi bir şəraitdə Təhsil Nazirliyinin tenderlərinə maraq azdır. Deməli, burada sirr var. Əslində elə bir sirr-filan yoxdurВ». Məlumata görə, təhsil nazirliyinin tender maxinasiyası özünü ilk başdan hiss etdirir: В«Belə ki, tenderlə bağlı məlumat çox az şirkətə göndərilir. Sonda elə bir şərait yaradılır ki, iş nəhayətdə Misir Mərdanovun adamlarına qalırВ». Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, ciddi nəşr evlərinin böyük əksəriyyətini bu gün dindirsən, hətta təhsil nazirliyinin hansısa tenderi keçirməsindən belə xəbərsiz olacaq: В«Bu da məqsədyönlü şəkildə həyata keçirilən bir işdirВ». Geri qayıt |