Əsas Səhifə > Güney Press / Manşet > SƏHİYYƏ NAZİRLİYİ ƏL-AYAĞA DÜŞÜB

SƏHİYYƏ NAZİRLİYİ ƏL-AYAĞA DÜŞÜB


14-05-2012, 18:07
SƏHİYYƏ NAZİRLİYİ ƏL-AYAĞA DÜŞÜB

В«URUDВ» KLİNİKASI İLƏ BAĞLI QALMAQAL BÖYÜYÜB

DİA.AZ: - Keçən günlərdə В«UrudВ» Androloji Tibb Mərkəzində baş verən özbaşınalıqlarla bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Bildirmişdik ki, özünü kifayət qədər arxayın hiss edən və heç bir hüquqi məsuliyyət daşımayacağına əmin olan mərkəzin baş həkimi Canpolad İmanov qanunsuz olaraq işlətdiyi klinikasında hətta tibbi savadı olmayanları belə çalışdırmaqdadır.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, açıqladığımız faktlar artıq səhiyyə nazirliyinin də diqqətini cəlb edib və artıq nazirlk tərəfindən sözügedən klinikanın sənədlərinin qaydasında olub-olmaması ilə bağlı araşdırmalara start verilib. Mötəbər mənbənin sözlərinə görə, əslində ölkənin baş səhiyyəçisi Oqtay Şirəliyevin tələm-tələsik şəkildə В«UrudВ» klinikasının fəaliyyətinin araşdırılmasına girişməsi təsadüfi deyil:

SƏHİYYƏ NAZİRLİYİ ƏL-AYAĞA DÜŞÜB

В«Çünki bu klinika ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət ünvanlanıb. Və ola bilsin ki, korrupsiyaya qarşı mübarizə idarəsi klinikada yoxlama həyata keçirsin. Nazirlik də həmin yoxlamaların önlənməsi üçün bir növ qabaqlayıcı tədbirlərə əl atıbВ».

Onu da bildirək ki, В«UrudВ» klinikasının himayədarlarından birinin səhiyyə nazirliyində oturduğu da söylənilir. Və çox güman həmin şəxs öz klinikasının müdafiəsinə qalxacaq.


Geri qayıt