Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOV ÖZ AMPLUASINDADIR
ELDAR ƏZİZOV ÖZ AMPLUASINDADIR11-05-2012, 17:26 |
![]() GƏNCLƏR ŞƏHƏRİ SUMQAYIT ÖZ BAŞÇISININ UĞURLARINA “SEVİNİR” Bakı meri Hacıbala Abutalıbovdan sonra Sumqayıt icra hakimiyyətinin hazırki rəhbəri də çoxdan orijinallığı ilə fərqlənir. Hələ üç il əvvəl Əzizov ona ölkə rəhbərliyinə sevgisini və sədaqətini nümayiş etdirməkdə hamını geridə buraxmağa imkan verən yenilik “kəşf etdi”. Bu dərin hisslər hər il İlham Əliyevin ad günündə nəhəng tort hazırlanmasında özünü büruzə verdi. Tortun uzunluğu hər il dövlət başçısının yaşına uyğun olaraq 1 metr artır. 47 metrdən başlayan tort 49 metrə qədər uzandı. 50 metrə çatacağı zaman isə Əzizovu Sumqayıta keçirdilər. Təkrarçılığa yol verməmək və peşəkar yüksəlişi nümayiş etdirmək üçün bu il Sumqayıtda artıq tort deyil, 50 metr uzunluğunda paxlava bişirdilər. İnsanların nə qədər ağıllı və təhsilli rəhbərləri olduğunu unutmamaları üçün isə Sumqayıtın küçələrində müasir Azərbaycanın bu analoqu olmayan nailiyyətini əks etdirən plakatlar asılıb. Geri qayıt |