Əsas Səhifə > Güney Press / Manşet > OQTAY GÜLALIYEV HAKİMİYYƏTİ PARÇALADI
OQTAY GÜLALIYEV HAKİMİYYƏTİ PARÇALADI10-05-2012, 18:44 |
![]() ONUN HƏBSİNİN SİFARİŞİ ANTİHEYDƏROV QRUPUNDAN GƏLİB DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl В«KürВ» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev şərlənərək həbs olunub. Bildirək ki, Gülalıyev bir QH rəhbəri olaraq sel daşqınları zamanı zərərgörən Kür ətrafındakı rayonların sakinlərinin hüquqlarını müdafiə etmək istiqamətində xüsusi fəallıq nümayiş etdirirdi. Elə bu təşəbbüs və fəaliyyətləri də hakimiyyət içindəki bəzi çevrələrin xoşuna gəlmədiyindən onu həbs etdilər. DİA.AZ-a bu həbslə bağlı danışan iqtidar daxilindəki mötəbər qaynaq iddia edir ki, əslində Oqtay Gülalıyevin məsələsində hakimiyyət ikiyə parçalanmış durumda olub. Oqtay Gülalıyevlə bir QHT rəhbəri olaraq sağlam tərəfdaşlıq münasibətində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan fərqli olaraq FHN şefinə əks qütbdə dayanmış Prezident Administrasiyasının rəhbərliyi В«KürВ»ün koordinatorunu üst dairələrə təxribatçıВ» kimi təqdim etməyə çalışıblar ki, nəhayətdə buna nail oldular da. Mənbəmizin söylədikləri: В«Təbii ki, Oqtay Gülalıyev şərlənərək həbs olundu. Amma bütün bunların ssenarisi PA-da cızıldı. Hətta bu məsələdə Kəmaləddin Heydərovun da QHT rəhbərini müdafiə imkanları olmadığından, rəqibləri sui-istifadə mövqeyindən bacardıqları qədər istifadə etməyə çalışdılarВ». Geri qayıt |