Əsas Səhifə > Güney Press / Manşet > В«GÜNDƏM XƏBƏRВ» QƏZETİ HƏYƏCAN TƏBİLİ ÇALIR
В«GÜNDƏM XƏBƏRВ» QƏZETİ HƏYƏCAN TƏBİLİ ÇALIR4-05-2012, 17:19 |
![]() В«BİZİM PULLARI HANSI BANKLARDA FIRLADIRLAR?В» DİA.AZ: - Məlum olduğu kimi, neçə müddətdir ki, В«Gündəm XəbərВ» qəzetinə qarşı süni əngəllər yaradılmaqdadır. Kimlərsə qəzetin susdurulması üçün çox ciddi çabalar sərf edir, qəzetə qarşı haqsız iddialar qaldırmaqla yanaşı, təsisçi Şirin Cəfəri ilə bağlı da cinayət məcəlləsinin iki maddəsi ilə qondarma cinayət işi də qaldırılıb. Bu azmış kimi, qəzetlə yayım firmaları arasında nağd hesablaşma da dayandırılıb. Bu barədə DİA.AZ-a məlumat verən qəzetin təsisçisi Şirin Cəfəri bildirdi ki, neçə müddətdir haqsız təzyiqlərlə üz-üzə qalıb: В«Birbaşa olaraq Prezident Administrasiyasının sifarişi əsasında bizə qarşı müxtəlif təzyiqlər edirlər. Satış firmaları ilə aramızdakı nağd hesablaşmanı dayandırdılar, keçdilər köçürmə yoluna. İndi üç aydır pulumuzu ala bilmirik. Satışdan qayıdan qəzetlərimizi də geri almışıq, amma puldan xəbər yoxdurВ». Təbii ki, pul olmayanda müstəqil bir qəzetin işi daha da çətinləşir. Bu sözləri deyən Şirin Cəfəri onu da bildirdi ki, nəticədə həm vergilər nazirliyinə və həm də sosial müdafiəyə uyğun olaraq 1-ci rübün hesabatının pulunu ödəyə bilməyiblər: В«İndi bir aydan sonra vergilər nazirliyi bizdən pul tələb edərsə, hardan pul alıb verəcəyik? Buyurub, gəlib yoxlasınlar. Pul köçürülməli olduğu halda, redaksiyaya çatacaq vəsaiti kimlərsə hansısa banklarda fırlatmaqla məşğuldurlarВ». В«Gündəm XəbərВ»in təsisçisi onu da bildirdi ki, satışdan gələn pulları əldə edə bilmədiklərindən mətbəələrə də külli miqdarda borcları yaranıb: В«Başqa bir çıxış yolu qoymayıblar. Elə deyirlər ki, qəzeti dayandırıb, bu ölkədən baş götürüb gedək. Niyə? Məgər biz öz vətənimizdə qəzetçiliklə məşğul ola bilmərik? Ancaq Əli Həsənovun ətəyindən öpənlərmi qəzet buraxa bilər?В» Geri qayıt |