Əsas Səhifə > Güney Press / Manşet > DÖVLƏT YOL POLİSİNİN MAŞINI QƏZA YARATDI
DÖVLƏT YOL POLİSİNİN MAŞINI QƏZA YARATDI26-04-2012, 18:29 |
![]() HƏR HALDA, BU QƏDƏR YERSİZ SƏLAHİYYƏTİN QARŞILIĞI BU OLMALI İDİ DİA.AZ: - Dövlət Yol Polisi sistemi ilə bağlı şikayətlər durmadan artmaqdadır. Hətta qanunların sərtləşdirilməsi, cərimələrin onların xeyrinə olaraq artırılması belə bu istiqamətdəki özbaşınalıqların qarşısının alınması üçün yetərli olmur. Və nəticədə yol qəzalarının sayı artır. Qeyri-rəsmi statistikaya görə, son zamanlar DYP əməkdaşlarının səbəb olduqları qəzaların sayı 64 faiz artaraq ümumi qəzaların sayında 14 faizlik paya çatıb. Yəni bu o deməkdir ki, hər 100 qəzadan 14-ündə DYP-nin də payı var. Elə bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, özü hansısa ərazidə qəza keçirmiş Dövlət Yol Polisinə aid 10YP443 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospektində hərəkət edərkən qəza şəraiti yaradıb. Hadisə şahidlərinin DİA.AZ-a bildirdiklərinə görə, qəzalı vəziyyətdə, yandan vurulmuş şəkildə tıxacın arasından özünü yol açmağa çalışan sözügedən DYP maşını tıxac şəraitinin olmasına baxmayaraq, maşınları artıq tutulmuş əraziyə, sağ istiqamətə hərəkət etməyə vadar etdiyi zaman iki maşın bir-birilə toqquşub: В«Maşınların toqquşmasını belə vecinə almayan, hətta yolundan qalmayan DYP maşını heç nə olmayıbmıh kimi yenə də В«sağa çəkilВ» deyərək yoluna davam etdiВ». Hadisə şahidləri bildirir ki, bir-birini əzən iki maşının sahibi isə qəza ilə bağlı öz aralarında anlaşmalı oldular. Geri qayıt |