Əsas Səhifə > Güney Press / Manşet > TÜRMƏLƏRİN QAPISI AÇILMAQ ÜZƏRƏDİR
TÜRMƏLƏRİN QAPISI AÇILMAQ ÜZƏRƏDİR9-04-2012, 16:58 |
![]() İLK MƏRHƏLƏDƏ MƏHBƏSDƏKİ JURNALİSTLƏRDƏN BİRİ AZADLIĞA BURAXILACAQ DİA.AZ: - В«AvroviziyaВ» yarışması ərəfəsində hakimiyyət hazırda həbsdə saxlanılan jurnalistləri azadlığa buraxacaq. Bu barədə məlumaı redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə ötürüb. Mənbənin DİA.AZ-a verdiyi xəbərə görə, yalnız Quba hadisələrinə görə həbs edilmiş В«XəyalВ» telekanalının əməkdaşları bu zaman istisna təşkil edir: В«Amma buna baxmayaraq, hətta adları vicdan məhbusu kimi hallandırılan jurnalistlərdən də azadlığa çıxan olacaqВ». Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, bir həftənin içində jurnalistlərdən birinin azadlığa çıxması gözlənilir: В«Bunun ardından da daha iki jurnalist azad ediləcək və onlarla bağlı açılan cinayət işlərinə xitam veriləcəkВ». Mənbəmiz bunun beynəlxalq təşkilatların rəsmi Bakı ilə aparılan danışıqlardan sonra əldə olunan razılaşmaya uyğun bir proses olduğunu bildirməklə yanaşı, onu da bildirdi ki, hələlik kimin birinci azad ediləcəyi məlum deyil. Geri qayıt |