Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDA ACLIQ EDƏNLƏRƏ TƏZYİQ VAR

MASALLIDA ACLIQ EDƏNLƏRƏ TƏZYİQ VAR


29-03-2012, 17:50
MASALLIDA ACLIQ EDƏNLƏRƏ TƏZYİQ VAR

QƏZƏNFƏR AĞAYEVİN ADAMLARI ACLIQ EDƏNLƏRİ HƏDƏLƏYİRLƏR

DİA.AZ: - Masallı ziyalıları və ictimaiyyəti nümayəndələrinin Masallı rayon icra Başçısı Qəzənfər Ağayevin rayondakı qanunsuz, cinayət, korrupsioner əməllərinə, yaşamaq, işləmək, mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına, şəxsi biznes yaradaraq şəxsi obyektlər almasına, edilən şikayətlərə ölkə rəhbərliyi tərəfindən heç bir məhəl qoyulmamasına etiraz əlaməti olaraq keçirilən 27 mart 2012-ci il tarixli, ölüm aclığı aksiyasına bir günlük dəstək verənlər barədə məlumat almışıq. İlk əvvəl onlarla bağlı DİA.AZ-a daxil olan siyahını təqdim edirik:

1. Teymurov Teymur Alış oğlu
2. Abasov Dədəkişi Rüşan oğlu
3. Dadaşov Vidadi İlyas oğlu
4. Məmmədov Gülməmməd Məhəmməd
5. Hüseynov Mürsəl Əlsahib
6. Hüseynov Zəbi Hüseyn
7. Rüstəmov Abbas Həbib
8. Əsədov Mehdi Müzəffər
9. Fətullayev İbad Fərzulla
10. Fətullayev Əbülhəsən Xəlil
11. Tağıyev Salman isa
12. Kazımov Yaqub Hüseyn
13. Kərimov QardaС”xan Səfər
14. Mehrəliyev Sədulla Ərəstun
15. Muradov Zəbulla Xeyrulla
16. Məmmədov İlham Bayram
17. Mirzəyev Elmidar Elbəyi
18. Əzizov Təhmasib Əlisa
19. Abbasov Asif Cahangir
20. Məcidov Cabir Hüseyn
21. Şükürov Zakir Abdulla
22. Hüseynov Əlövsət Həsən
23. Məmmədov Vasif Ağamməd
24. Eynullayev Natiq Bəndalı
25. Mikayılov Şəmsəddin İzzət
26. Eynullayev Eynulla Xanəli
27. Əmrahov Əzizağa Əmrah
28. Əhmədov Eldar Xanbaba
29. Ələkbərov Süleyman Xanlar
30. Ağayev Miriş Ağabala
31. İsmayılov Mirəddin Mirələm
32. Abdinov İltifat İmanqulu
33. Bağırov Nazim Əli
34. Qəmbərov Həbib Mazan
35. Əliyev Asəf RəС”id
36. Orucov Cəbrayıl Adgözəl
37. Quliyev Zeydulla İbad

Eyni zamanda məlumat üçün bildiririk ki, Rayon İcra Hakimiyyəti Başçısının göstərişi əsasında şöbə müdiri Adəm Məhərrəmov Ərazi Nümayəndələrini aclıq edənlərə təzyiq, şantaj edilməsi ilə bağlı tapşırıqlar verib.

Belə ki, Xıl kənd Ərazi Nümayəndəsi Elburus Kərimov ölüm aclığı keçirən Zamanov Nadir Əliniyaz oğlunun evinə dəfələrlə gedərək ona təzyiq göstərmiş, şantaj edərək aclıq aksiyasını dayandırmağı tələb etmişdir. “Əks təqdirdə mən polislə gəlib səni həbs etdirərəm, bu işlə Milli Təhlükəsizlik Nazirliyi məşğuldur. Masallı Ziyalılarının rəhbəri M. Eynullayevi də həbs edəcəklər, səni də. Əgər istəyirsən RİHB-nın şöbə müdiri İ.Nuriyevin yanına gedək, sənin bütün problemlərini həll etsin” kimi sözlərlə ona təzyiq göstərmiС”dir. N. Zamanov onu evindən qovmuşdur.

Kalinovka Ərazi Nümayəndəsi Nizami Məmmədov Hüseynhacılı kəndində aclıq aksiyası keçirərək Yaqub Kazımlıya təzyiq göstərmiС”dir.

Hal-hazırda aclıq aksiyası davam edir.


Geri qayıt