Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA İNQİLAB PLANLAŞDIRLIR
AZƏRBAYCANDA İNQİLAB PLANLAŞDIRLIR26-03-2012, 16:56 |
![]() ƏRDƏBİLİN BAŞ DİNDARI ÖLKƏMİZİ “ANTİ-İSLAM DÖVLƏTİ” ELAN ETDİ DİA.AZ: - İran Azərbaycanı yenidən yaşıl inqilabla hədələməyə başlayıb və yenə də ənənəvi “dillər” işə salınıb. Təbii ki, burada fars-molla rejimini anlamaq asandır. Rəsmi dairələr susur, qeyri-rəsmi dairələr isə ağzını Allah yoluna qoyub Azərbaycan dövlətini təhqir edirlər ki, bununla da rəsmi Tehran istədiyi təbilğatı aparmaqla yanaşı, məsuliyyətdən də qaçmış olur. Belə bir məlumatı irana aid portallar yenidən yayıblar. Həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq: “Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikası dövlətinin islamofobiya və anti-şiə siyasət üslubunun davamına işarə edərək, Azərbaycan Respublikasında bir neçə dindarın həbsini Bakı dövləti (fars millətçiləri Azərbaycan dövlətini bu adla çağırırlar –red.) üçün çox utandırıcı bir hərəkət adlandırdı və həbs edilən dindarların təqsirinu təkcə öz dini vəzifələrinə əməl edərək, əmr be məruf etmələri olduğunu bildirdi. Ərdəbilin imam cüməsi Bakı dövlətinin başçılarını regiondakı devrilmiş diktatorların aqibətindən ibrət götürməyə çağırdı və sonra bütün müsəlmanlar üçün dua etdi: "Arzu edirik ki, təzə ildə bütün müsəlmanlar qərb və sekülar rejimlərə bağlı diktator hökumətlərinin boyunduruğundan azad olsunlar. İslami oyanışın dalğaları anti-İslam dövləti Azərbaycanı da bürüyəcək". Rəhbərin Xübriqan Məclisinin nümayəndəsi xütbələrinin davamında İraqdakı son partlayışları pislədi və İraqda son vaxtlar baş verən terror əməliyyatlarının sionist rejim və bir sıra ərəb şeyxlərinin, əsasən də Səudiyyə Ərəbistanının himayəsi ilə törədildiyini bəyan edərək dedi: "Ötən illər ərzində İraqda şiə qırğınları yalnız şiə etiqadı və təlimləri üzərində qurulan bir dövlətin iş başına gəlməsinin qarşısını almaq məqsədilə törədilib"”. Geri qayıt |