Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOV QUBANI ƏLİNDƏ SAXLADI

ZİYA MƏMMƏDOV QUBANI ƏLİNDƏ SAXLADI


15-03-2012, 19:21
ZİYA MƏMMƏDOV QUBANI ƏLİNDƏ SAXLADI

NN ŞEFİ BÜTÜN MÖVQELƏRDƏ ÜSTÜNLÜK QAZANACAĞINA ƏMİNDİR

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Qubaya yeni icra başçısı təyin edib. Əslində bu adam vəzifəsində olduğu kimi yeni deyil. Söhbət dünənə qədər Mingəçevir şəhərinə rəhbərlik edən Mübariz Ağayevdən gedir. Bildirək ki, buna qədər də Mübariz Ağayev Göyçay rayonuna başçılıq edirdi.

Onun kimliyi barəsində mətbuatda yetərincə məlumatlar verilib. Elə az öncə bizlər də Qubanın yeni başçısının tərcümeyi-halını diqqətinizə çatdırmışıq. Beləliklə, Şirvanın Qərb qütbünün В«Hacıbala AbutalıbovuВ» kimi ad çıxarmış Mübariz Ağayev Quba kimi artıq bir çoxlarına təhlükəli hesab olunan bir məkana rəhbərlik edəcək.

Onun nəqliyyat naziri Ziya Məmmədovun adamı olması faktı isə danılmazdır. Bütün karyerası boyunca NN şefinin çətiri altında qərarlaşan Mübariz Ağayevin Qubaya təyinatı isə o deməkdir ki, Ziya Məmmədov söylənilənlərin əksinə olaraq Qubanı əldən vermədi. Əksinə, bu təyinat həm də NN şefinin rəqibləri üçün bir siqnal əhəmiyyətini də daşımış olacaq. Yəni Ziya Məmmədov В«efirdədir»…


Geri qayıt