Əsas Səhifə > Güney Press / Manşet > В«ODLAR YURDUВ» UNİVERSİTETİ BAĞLANIR
В«ODLAR YURDUВ» UNİVERSİTETİ BAĞLANIR13-03-2012, 14:36 |
![]() ƏHMƏD VƏLİYEVLƏ BAĞLI ŞİKAYƏTLƏR NƏHAYƏT Kİ, DİQQƏTƏ ALINDI DİA.AZ: - В«Odlar YurduВ» Universitetinin bağlana biləcəyi haqda redaksiyamıza məlumat daxil olub. Təhsil nazirliyindəki qaynaqlardan sızan informasiyaya görə, sözügedən ali tədris ocağı ilə bağlı son zamanlar şikayətlərin artması müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ilə nəticələnib. Mənbə DİA.AZ-a bildirib ki, Əhməd Vəliyevin rektorluq etdiyi В«Odlar YurduВ»nun iki müəlliminə qarşı konkret korrupsiya ittihmı var və bundan əlavə, universitetin rektorunun da adı qalmaqallı bir olayda hallandırılır. Mənbənin söylədikləri: В«Məlumdur ki, tələbə qəbulu prosesini əldən çıxaran təhsil naziri Misir Mərdanovun В«Odlar YurduВ» kimi ali tədris ocağına bərk ehtiyacı var. Bu universitetə hər il qeyri-qanuni olaraq tələbə qəbul edilir ki, əldə olunan pullar da rektorla nazir arasında paylaşdırılır. Bu faktlar isə artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılırВ». Mənbəmiz bildirir ki, həm nazir Misir Mərdanovla və həm də rektor Əhməd Vəliyevlə bağlı faktların əksəriyyəti neçə illərdir təhsil naziri ilə açıq müstəvidə döyüşən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə yaxın çevrələrdən ötürülüb: В«Təbii ki, TQDK istər-istəməz qeyri-qanuni tələbə qəbulu prosesini əngələlləmək zorundadır. Və qurumda çox ciddi faktlar var ki, buun hesabına nəinki rektoru, hətta naziri belə küncə sıxışdırmaq mümkündürВ». Mənbəmiz bildirdi ki, əgər В«yuxarılarВ»ın xeyir-duası alınarsa, В«Odlar YurduВ»nun bağlanması, lisenziyasının ləğvi də gündəmə gətirilə bilər. Mövzu diqqətimizdədir… Geri qayıt |