Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Qarabağın işğaldan azad olacağı tarix bəllidir
Qarabağın işğaldan azad olacağı tarix bəllidir28-12-2013, 12:02 |
![]() Rəsmi Bakının son gedişləri və bu gedişlərin arxasında dayanan məqamlar DİA.AZ: - Kremlə münasibətlərini qaydasına salmış kimi görünən rəsmi Bakının daha ciddi proseslərə tədarük içində olduğu hiss olunandır. Hər halda, bu gün bəzi dairələr tərəfindən anlaqlı qəbul edilməyən В«balanslaşdırılmış siyasətВ» məhz Qərb-Rusiya toqquşmasına reaksiyalarında Azərbaycanın işinə çox yaradı. Bu gün həm Türkiyədə və həm də Ukraynada baş verən proseslərə nəzər saldıqda aydın olur ki, Azərbaycan anoloji gərginlikdən ustalıqla yayınmağa müvəffəq olub. Və bu faktdır. İlk olaraq Türkiyədə yaşanılanlara nəzər salaq. Hakim AKP-nin lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hələ də kəfəni yırtmış hesab olunmasa da, onun məlum olaylara reaksiyası və qiymətləndirməsi çox şeyi izahlamaqdadır. Ərdoğan ABŞ-ı və Qərbi Türkiyəni qarışdırmaqda ittiham etdi. Səbəblərisə aydın idi. Türkiyə Avropadan əlini üzdüyündən gələcək taleyini Avrasiya Birliyinə bağlaya bilərdi. Türkiyənin Kremlin planlarında birbaşa iştirak etməməsi fonunda belə, hətta rəsmi Ankaranın Gömrük İttifaqı ilə müəyyən anlaşmalara gələcəyi təqdirdə belə Qərb regionda böyük zərbə almış olacaqdı. Və Nazarbayevin В«Türkiyə də Avrasiya Birliyinə maraq göstərirВ» şəklində verdiyi açıqlaması Qərbin rəsmi Ankaraya qarşı növbəti həmləsini zəruri etdi. Amma Ankara duruş gətirməkdədir. Ərdoğan iqtidarı mahiyyət olaraq nədənsə bir anın içində vaz keçirmiş kimi görünmədi ki, bu da daha çox Qərbin maraqlarını təmin etmədi. Rusiya isə Türkiyəyə gizli dəstəyini verəcək ki, bu da rəsmi Ankara üçün böyük uduşdur. Ukraynada da Rusiya ilə toqquşan Avropa maraqlarının təminatını ertələmək zorunda qaldı. Hələlik vaz keçirmiş kimi görünməsələr də, onlar Ukraynadakı 2015 seçkilərini gözləmə mövqeyinə keçid aldıqlarını nümayiş etdirirlər. Bu isə Rusiyanın ən azından 2 illik zəfəri anlamına gəlir. Və bu müddət ərzində təkcə Avropa yox, Rusiyanın da tədarük içində olacağını nəzərə alsaq, Kremlin növbəti döyüşə daha güclü şəkildə girəcəyi şərti ortaya çıxır ki, bu da Qərbin öz maraqları yolunda ciddi baryerlə üz-üzə qalacağından xəbər verir. Yəni Qərb Yanukoviçin yerinə kadr hazırladığı kimi, Rusiya da belə bir tədarük içindədir. Bu münasibətlər fonunda Avropanın regionda В«stimullaşdırıcı cinahВ» kimi gördüyü Azərbaycan çox böyük ustalıqla situasiyaların hədəfi olmaqdan yayındı. Təbii ki, Azərbaycanda istənilən bir gərginlik avtomatik olaraq Qarabağ cəbhəsində savaşın da bərpası anlamını daşıdığından hələlik heç bir tərəf Azərbaycanla bağlı planlarında sərt addımların tərəfdarı kimi görünmür. Amma əgər Qərb Türkiyədə və Ukraynada zəfər çalmış olsaydı, o zaman Azərbaycan uğrunda acımasız savaşa girişəcəkdilər ki, bu da regionun yenidən qarışması demək idi. Burada rəsmi Bakının kimin tərəfində duracağını təxmin etmək o qədər də çətin deyil. Azərbaycan illərdir öz mövqeyini net şəkildə ortaya qoyur. Söhbət Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi şərtindən gedir. Azərbaycanın bu şərtinə əməl edən tərəf də dost - strateji tərəfdaş kimi seçiləcək. Yəni bu gün Azərbaycan prinisp baxımından enerji maraqlarını Rusiya ilə də uzlaşdıra bilər və burada böyük itkidən söhbət gedə də bilməz. Yəni Azərbaycan üçün neftini, qazını satacağı müştərisinin fərqi olmasa da, Azərbaycan üçün Qarabağ itkisinə kimin hansı reaksiyanı verəcəyinin çox fərqi var. Və elə buna görə də Azərbaycanla danışığa gələn tərəf əlidolu gəlmək zorundadır… Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki mənbələr də bildirir ki, əslində rəsmi Bakı uduşlu mövqeyinin fərqinə vararaq bu gün hər iki tərəflə apardığı danışıqlarında məhz Qarabağın azadlığı faktorunu irəli sürür: В«Azərbaycan hakimiyyəti yaxşı bilir ki, bu gün müxtəlif vasitəçi institutların iştirakı ilə Qarabağ probleminin həlli inandırıcı deyil. Sadəcə olaraq, Azərbaycan tərəfi sonna qədər beynəlxalq şərtlərə ayaq uydurduğunu nümayiş etdirmə siyasətini yürüdür. Amma bu siyasətdən hər an imtina oluna bilər. Bunun üçün gərəkən an və gərəkən məqam gözlənilir. Bu zaman yetişdikdə hərbi əməliyyatlar bərpa oluna bilər. Və rəsmi Bakının kiməsə xəbərdar etmədən belə bir addımı atması gözləniləndirВ». Mənbəmiz bildirir ki, bu, daha çox Azərbaycanın Rusiya və Qərb arasındakı manevrlərindən əldə etdiyi qazancın miqyası ilə mütənasib olan bir hadisədir: В«Yəni Azərbaycan danışıqlar prosesindən dividentli çıxacağı təqdirdə belə bir addımı atacaq. Əks halda, Qarabağa münasibətdə müharibə ovqatında köklənməyimiz bir qədər çətinləşə bilər. Amma bu halın özünü doğrultma faizi çox aşağıdır. Hadisədər daha çox Azərbaycanın xeyrinə olan istiqamətdə dəyişdiyindən ən azından iki ilə Qarabağın işğaldan azad edilməsi mümkün görünür. Bu, tez də baş verə bilərВ». Geri qayıt |