Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Səfər Əbiyev Zakir Həsənova qarşı cəbhə açıb
Səfər Əbiyev Zakir Həsənova qarşı cəbhə açıb23-12-2013, 16:55 |
|
Milli Ordunun köhnə və yeni rəhbərliyi əks səngərlərdə DİA.AZ: - Səfər Əbiyevin vəzifədən alınmasının ardından digər güc nazirliklərində də islahatların həyata keçiriləcəyi xəbəri yayılsa da, sonradan bu, təsdiqlənmədi. Əksinə, Səfər Əbiyevdən sonra nazir postuna təyin olunan Zakir Həsənov MN-də ciddi kadr islahatlarına getdi, struktur islahatlarının anonsunu verdi. Onu da bildirək ki, DİA.AZ-a bu islahatlarla bağlı fərqli-fərqli xəbərlər daxil olub ki, həmin məlumatları diqqətinizə təqdim edirik. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, əslində Zakir Həsənov nazir postuna təyin edilməsəydi də kadr islahatları həyata keçirilməli idi və baş verən dəyişikliklər heç də yeni nazirin iradəsi ilə baş vermir. Mənbənin iddia etdikləri: В«Bu, dövlətin siyasətidir. Azərbaycan öz ordusunda peşəkar rəhbərlik sistemi qurur. Hər halda, hansısa nazirin istəyilə ali baş komandanın, prezidentin qərar verməsi inandırıcı deyil. Yəni bu siyasət birbaşa olaraq dövlət başçısına söykənir. Sadəcə olaraq dönəm Zakir Qaralovun dövrünə düşdüВ». Mənbəmiz iddia edir ki, hətta Səfər Əbiyevin dövründə bu islahatlara tədarüklə bağlı müəyyən addımlar atılıbmış da. Amma onu da bildirək ki, bu iddiaya əks-arqument yetərincədir. Ən azından bir faktı nəzərə almaq lazımdır ki, bu gün MN-dən çıxdaş edilən kabinet generallarının əksəriyyəti məhz Səfər Əbiyevin komandasıdır. Ona görə də məlum informasiyaları Zakir Həsənovun həyata keçirdiyi siyasətin şübhəyə alınması cəhdi kimi də qəbul etmək olar. Əslində məhz sözügedən versiya daha da inandırıcıdır. Çünki son günlər Səfər Əbiyev-Zakir Həsənov toqquşması aşkar surətdə hiss oulnmaqdadır. Və görüntüdə olanı da odur ki, keçmiş nazir ya yenidən vəzifə ala bilməsi üçün və yaxud da hücum hədəfinə çevrilməməsi üçün Zakir Həsənovun mövqelərini qılınclayan bir siyasəti yürüdür. Doğrudur, Səfər Əbiyev bu işi birbaşa həyata keçirmir. DİA.AZ-a bir başqa istiqamətdən daxil olan informasiyada qeyd olunur ki, Səfər Əbiyev Zakir Həsənovun fəaliyyətini kölgəyə salan addımlara start verib: В«Təbii ki, zakir Həsənov bir günün içində Səfər Əbiyevin illər ərzində qurduğu, rəhbərlik etdiyi sistemi dəyişə bilməz. Yəni bu gün də orduda özünü Səfər Əbiyevə yaxın hiss edən şəxslər var. Onlar ya səmimiyyətdən sabiq nazirin yanındadırlar, ya da hədəfə çevrilmə ehtimalları yüksək olduğundanВ». Mənbəmiz iddia edir ki, məhz həmin qüvvələrin sayəsində Zakir Həsənova qarşı müəyyən addımlar da atıla bilər: В«Hələlik savaş mətbuatda gedir. Qorxulu odur ki, bu savaşın müstəvisi dəyişə. Hər halda, yeni nazir bütün bunları nəzərə almaq zorundadırВ». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |