Əsas Səhifə > Güney Press / Ana xəbər > Məşhur qarmon ifaçısı Salyanda torpağa tapşırıldı
Məşhur qarmon ifaçısı Salyanda torpağa tapşırıldı21-12-2013, 18:09 |
![]() Məşhur qarmon ifaçısı Aslan İlyasov bu gün doğulduğu Salyandakı şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra aparatının məsul işçiləri, Bakıdan və digər bölgələrdən gəlmiş sənət adamları, rayon ictimaiyyətinin nümayəndələri və sadə vətəndaşlar iştirak ediblər. A.İlyasovun məzarına əklil qoyulub, qərənfillər düzülüb, ruhuna dualar oxunub. Dünən günorta saatlarında Bakıda dünyasını dəyişən Aslan Mikayıl oğlu İlyasov 1948-ci ildə mayın 22-də Salyan şəhərində dünyaya gəlib. Yeniyetmə yaşlarında Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi fəaliyyətə başlayan məşhur A.İlyasov 1980-cı ildə Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirib. 10 ildən sonra Azərbaycan Mədəniyyət Evində, 2005-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olub. A.İlyasovun ifa etdiyi 30-a yaxın musiqi, 20-dən çox müəllif bəstəsi olan rəqslər Azərbaycan Dövlət Televiziya və Radiosunun videoteka və fonotekasında saxlanılır. Geri qayıt |