Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISININ ADAMLARI SAHİBKAR "OVUNDA"
İCRA BAŞÇISININ ADAMLARI SAHİBKAR "OVUNDA"21-12-2013, 13:33 |
|
DİA.AZ: - Qaradağ rayonunun icra hakimiyyətini başçısı Süleyman Mikayılovu cəmiyyət arasında В«Qurdlar VadisiВ» filmindəki obrazlardan biri В«ÇakırВ»a bənzədirlər. Doğrudur, Süleyman Mikayılov heç də təsəvvürlərdə müsbət qəhrəman kimi xarakterizə olunmur və ona bu adı daha çox kriminal olaylara meyilli olması səbəbindən veriblər. Elə redaksiyamıza daxil olan işkayət məktubunda da icra başçısının kriminal ünsürlərlə ortaqlığından danışılır. Bir qrup sahibkarın eyni zamanda Prezident Administrasiyasına, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladıqları şikayət məktubunda deyilir: В«Qaradağ rayonu ərazisində qoçuluq edərək ayrı-ayrı daş karxanası sahiblərinə divan tutan bu üç şəxs icra hakimiyyətinin işçiləri Rasim, Elbrus və SefulladırВ». Daha sonra sahibkarlar bildirirlər ki, adları çəkilən RİH əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarına gələrək sahibkarlara hədə-qorxu yolu ilə haqq qoyurlar. Sanki qoçuluq zəmanəsidir və ölkədə qanunlar işləmir. Sahibkarlar DİA.AZ-a yazdıqları müraciətlərində deyir: В«Karxana ərazisində işlədilən hər kombayna görə 2-3 min manat arası pul tələb edirlər. Soruşanda ki, bu pulu hansı səbəbə görə verməliyik, cavab olaraq Rasim, Elbrus və Seyfulla bildirirlər ki, В«yadınızda deyil, 5 a əvvəl 10 min manat verdiniz, hələ biz insaflıyıq, indi 2-3 min manat istəyirikВ» deyə bildirirlərВ». Sahibkarların sözlərinə görə, В«ÇakırВ»ın qoçularına В«biz heç dövlətin vergisini verə bilmirikВ» dedikdə onlar belə cavab veriblər: В«Əşi, vergini ödəmək vacib deyil, əsas bizim haqqımızı verinВ». Daha sonra şikayət məktubunda deyilir: В«Onların bu əməlləri birbaşa olaraq prezident İlham Əiyev cənablarının korrupsiyaya qarşı mübarizə siyasətinə ziddir. İcra hakimiyyəti isə yerlərdə prezidenti təmsil edir. Bu da o deməkdir ki, onlar təmsil etdikləri ünvana xəyanət edirlər. Biz həmin şəxslərə bildirəndə ki, əməllərində müvafiq dövlət qurumlarına şikayət edəcəyik, bizə bildirirlər ki, korrupsiya-filan qurtarıb və bu qanunlar Qaradağ rayonuna aid deyilВ». Mövzu diqqətimizdədir… Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |