Əsas Səhifə > Güney Press / Manşet > RZA ZƏRRABA ORTAQ OLAN BANKLARIMIZ HANSIDIR?
RZA ZƏRRABA ORTAQ OLAN BANKLARIMIZ HANSIDIR?21-12-2013, 12:21 |
|
DİA.AZ: - Məlum olduğu kimi, gələn il Azərbaycanda bir sıra istiqamətlərdə islahatların həyata keçirilməsi planlaşdırılır. Bu barədə redaksiyamıza məlumat verən Nazirlər Kabinetindəki məlumalı mənbənin bildirdiyinə görə, islahatlar sosial sahələrdə, xüsusən də bank sektorunda daha qabarıq şəkildə özünü nəzərə çarpdıracaq. DİA.AZ bildirir ki, son zamanlar bankların fırıldaqçı şəbəkələrlə əlaqələri barədə çox ciddi ittihamlar sələnməkdədir. Və bildirilir ki, artıq bu faktların böyük əksəriyyəti dövlətin müvafiq qurumları tərəfindən araşdırmaya götürülüb. Elə buna görə də, irəli düşməyə çalışan və gələcəkdə hədəfə olmadan sığortalanmağa çalışan ayrı-ayrı banklar könüllü qaydada öz əməkdaşları ilə bağlı bu kimi faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdədirlər. Bu səbəbdən də son günlər bankların fırıldaqçı şəbəkələrlə bağlı açıqlamaları mətbuat səhifələrinə daha intensiv qaydada yol tapır. Hətta neçə bankın əməkdaşı məhz fırıldaqdan dolayı həbsə də atılıb. Məlumatlı mənbəmiz bildirir ki, bu gün fırıldaqçı şəbəkə ilə əlaqədə ittiham olunan banklardan biri də В«Bank of BakuВ»udur. Qeyd edək ki, bu bankın adı həm də beynəlxalq skandala da səbəb olub. Belə ki, keçən ilin oktyabr ayında məşhur В«VikiliksВ» təşkilatı tərəfindən açıqlanan ABŞ dövlətinə aid məxfi sənədlərdə də vurğulanırdı ki, В«Bank of BakuВ» İranın xüsusi xidmət orqanlarının nəzarətində olan bir qurumdur və bu bank bir növ В«İran Melli BankВ»ın kamufulyaj olunmuş versiyasıdır. Sənəddə iddia olunurdu ki, В«Bank of BakuВ»nun əsas payçılarından olan Oromi qardaşlarının В«NABВ» şirkəti fars-molla rejiminin xüsusi xidmət orqanları tərəfindən yönəldilir və hər ay Azərbaycana bu yolla В«Bank of BakuВ» vasitəsilə yuyulmsı üçün 5 milyon ABŞ dolları həcmində vəsait ötürülür. Bir sözlə, artıq В«Bank of BakuВ»nun adı hakimiyyətin qara siyahısına düşüb. Eyni zamanda В«XalqBankВ» və В«Royal Bank of BakuВ»nun da İrana aid təhlükəli iqtisadi çevrələrə bağlı olması da В«VikiliksВ»in açıqladığı məxfi sənədlərdə qeyd olunmuşdu. Bunlardan yalnız biri - В«Royal Bank of BakuВ»nun fəaliyyətinə qadağa qoyuldu. Bunları xatırladan mənbəmiz bildirir ki, bank sektorunda həyata keçirilməsi nəzərdə tutulan islahatlar zamanı yerdə qalan hər iki bankın fəaliyyətinə yenidən baxıla bilər: В«Ola bilsin ki, onların lisenziyası təsdiqlənməsin və onların üçünün bazasında yeni bir bank yaradılsın. Hələlik bu barədə yekun qərar verilməyib. Amma hər iki bankla bağlı ciddi tədbirlərin görüləcəyi şübhəsizdirВ». Mənbəmiz belə bir niyyətin meydana gəlməsini son zamanlar rəsmi Bakı ilə İranın hakimiyyət dairələri arasında yaşanan gərgin atmosferlə əlaqələndirməklə yanaşı, onu da bildirdi ki, İrana aid digər iqtisadi strukturlara da eyni münasibət sərgilənəcək: В«Bu siyasətin adına bir növ В«milliləşdirməВ» də demək olarВ». Onu da bildirək ki, Türkiyədə baş verən son həbslərdən də Azərbaycanın bank sektorunun şübhəli oyunlarda iştirakı aydın oldu. Belə ki, istintaqa ifadəsini verən Azərbaycan əsilli iş adamı Rza Zərrab bildirdi ki, o, əmrləri İran və Azərbaycandan alıb. Yəni Rza Zərrab çirkli pulların yuyulması prosesində Azərbaycanın bank sektorunun da iştirakçı olduğuna işarə etdi. Hər halda, bu istiqamətdə В«Bank of BakuВ»nun və XalqBankВ»ın hansı dərəcədə iştirak etməsi də ciddi surətdə araşdırılmalıdır. Ümumiyyətlə, Azərbaycanın bank sektorunda zəruri təmizləmə əməliyyatı son aylarda cilddi şəkildə hiss olunmağa başlanılıb. Və hətta bu məsələ Milli Məclisin tribunalarına qədər belə daşındı. Söhbət həm də xalqa verilən kreditlərin faizlərindən gedir. Doğrudur, deputatlarımız bu yolda hansısa addımı atmadılar. Amma gözlənilir ki, gələn il məhz kredit faizlərinin aşağı salınması üçün dövlətin banklara hansısa formada təsiri də müşahidə olunsun. Geri qayıt |