Əsas Səhifə > Güney Press / Manşet > ƏFV KOMİSSİYASI GƏLƏN HƏFTƏ TOPLANA BİLƏR

ƏFV KOMİSSİYASI GƏLƏN HƏFTƏ TOPLANA BİLƏR


21-12-2013, 10:25
ƏFV KOMİSSİYASI GƏLƏN HƏFTƏ TOPLANA BİLƏR
DİA.AZ: - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanının imzalanacağı barədə məlumatlar təsdiqlənmək üzərədir. Artıq bu barədə mətbuata açıqlama verən hüquq-müdafiə sektorunun nümayəndələri də bildirirlər ki, onlar öz təkliflərini müvafiq instansiyalara göndəriblər. Gələn məlumatlardan o da aydın olur ki, məsələ ciddidir və bu yöndə konkret tədarüklər var. Onu da xatırladaq ki, artıq əfv olunmaları üçün prezidentə müraciət edənlərin də sayı artmaqdadır.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər qaynağın sözlərindən belə aydın olur ki, əfv komissyasının yaxın günlərə iclasının keçirilməsi də nəzərdə tutulub: В«Ola bilsin ki, gələn həftə əfv komissiyasının üzvləri bir araya gəlsinlərВ».

Mənbə bildirir ki, hələlik kimlərin əfv olunub-olunmayacağı məsələsi aydınlaşmayıb: “Amma müxalifət və bəzi QHT-lər tərəfindən adları “siyasi məhbus” kimi təqdim olunan bəzi tanınmış məhbusların azad olunma ehtimalları yüksəkdir”.

Mənbəmiz bildirir ki, bu əfv prosesinin də təşəbbüskarı prezident İlham Əliyevdir. Qaynağın iddialarına görə, artıq 1000-dən çox dustağın müvafiq olaraq əfv ərizəsi dövlət başçısına ünvanlanıb.

Geri qayıt