Əsas Səhifə > Güney Press / Manşet > AĞDAŞ RAYONU NƏDƏN BİR ADDIM GERİDƏN BAXIR?
AĞDAŞ RAYONU NƏDƏN BİR ADDIM GERİDƏN BAXIR?20-12-2013, 17:41 |
|
Tənəzzülün təfərrüatı... DİA.AZ: - Xatırlayırsınızsa, bu ilin ortalarında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon mərkəzində yoxlama həyata keçirdi. Araşdırmalar zamanı mərkəzdə 2 milyon manatdan artıq yeyinti faktı aşkarlandı. Bundan sonra idarənin əməkdaşları digər qurumlarda da araşdırmalara başladı. Əməliyyat zamanı müəyyən edildi ki, mərkəzdə sosial müavinətlərin verilməsi zamanı saxta sənədlərdən istifadə olunub. Qeyd edək ki, bundan əvvəl Balakən rayonunun Talalar kəndində sosial müavinətlərin təyin edilməsində və verilməsi prosesində 1 milyon manatdan çox vəsaitin mənimsənilməsi faktı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aşkarlanmışdı. Son vaxtlar dövrü mətbuatda yayılan informasiyalardan isə aydın olur ki, Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq İbrahimov hökm sürən problemlərin yaradıcılarından biridir. 2012-ci ilin aprel ayında prezidentin sərəncamı ilə Ağdaşa icra başçısı təyin edilən məmurun işində bəzi xoşagəlməz məqamlar üzə çıxmaqdadır. Bildirmək istəyirik ki, ölkə rəhbərliyinin müvafiq göstərişi əsasında bütün rayonların icra hakimiyyətlərinin rəsmi internet səhifəsi yaradılıb. İcra hakimlərinin nəzarəti altında yerli icra orqanlarının saytları mütəmadi olaraq yenilənməlidir. Məlumatı olmayanlar üçün deyək ki, saytda əsasən rayonun əhalisi, coğrafiyası, təhsili, səhiyyəsi, mədəniyyəti ilə bağlı olan informasiyalar yerləşdirilir. Bundan başqa, icra hakimiyyətinin aparatına daxil olan şəxslərin kimliyi və əlaqə nömrələri də göstərilir. Ağdaş Rayon İcra Hakimiyyətinin saytında isə lazım olan məlumatları tapmaq mümkün deyil. Çünki sayt aylarla yenilənmir. Adətən saytlarda icra başçılarının demək olar ki, hamısının tərcümeyi-halı, əmək fəaliyyəti yazılır. RİH saytında Tofiq İbrahimov haqqında bu cür bilgilər yoxdur. Saytda yalnız onun nə vaxt icra hakimi postuna təyin olunması qeyd edilib. Digər RİH-lərin saytına nəzər saldıqda görürük ki, burda rayon səviyyəsində təşkil edilən tədbirlərin haqqında geniş məlumatlar yerləşdirilib. Ağdaş RİH-in saytında yenilənmə gec-gec aparıldığından buna rast gəlmək müşkül məsələdir. Tofiq İbrahimovun tərcümeyi-halı ilə bağlı internet axtarış sistemində nə qədər axtarış versək də, heç nə tapa bilmədik. Tapdığımız informasiyalar yerli əhalinin ondan müxtəlif instansiyalara şikayəti ilə bağlı oldu. Mötəbər qaynaqlardan redaksiyamıza sızdırılan bilgiyə görə, Ağdaş ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilmək üzrədir: В«Köhnə icra hakiminin zamanında vətəndaşlar haqsızlığa məruz qalırdı. Prezident bunu nəzərə alaraq rayonun rəhbərini dəyişdi. Tofiq müəllim ilk günlərdə özünü müsbət tərəfdən göstərdi və söz verdi ki, kimin nə problemi varsa, həll edəcək. Ancaq onun vədi elə söz olaraq qaldı. Ağdaşın ən böyük problemi içməli su ilə bağlıdır. Kənd yerlərində yaşayan camaat susuzluqdan əziyyət çəkir. Sakinlər uzun məsafə qət edərək su daşımaqdan cana doyub. İcra hakimiyyətinin rəsmi nümayəndələrinə çox şikayət etmişik. Gəlib problemimizlə maraqlanan olmayıb. Kənd arası yollar tamam pis vəziyyətdədir. Yayda toz-duman, qışda isə palçıq olur. Dövlət büdcəsindən rayonun inkişafına ayrılan vəsaitləri müxtəlif məmurlar yeyir. Tofiq İbrahimov gələndən sonra Ağdaşın mərkəzində boş torpaq sahəsi qalmayıb. Ağına-qarasına baxmadan bütün torpaqları satıblarВ». Mənbə təhsil sistemindəki problemlərdən də söhbət açdı. Onun sözlərinə görə, Tofiq İbrahimovla yaxın münasibətdə olan təhsil şöbəsinin müdiri Lütfi Paşayev qanunsuz işlərə rəvac verməkdədir: В«Bu ilin geridə qalan dövrü ərzində rayonda təhsil xərclərinin ödənilməsi üçün 64653 manat pul sərf olunub. Bu pulun hara getdiyini icra başçısı ilə şöbə müdirindən başqa bilən yoxdur. Təhsil şöbəsinin rəhbəri başçıya arxayın olaraq hər fəsadı törədirВ». Xatırladaq ki, 2013-cü ilin əvvəllərində iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Ağdaş Rayon İcra Hakimiyyətinə dörd milyon manat vəsait ayrılıb. Lakin icra başçısı nə əməl törədibsə, həmin layihənin həyata keçirilməsində kütləvi yeyinti qeydə alınıb. Söz yox ki, bu tip xoşagəlməz işlər bölgələrdə inkişafın qarşısını alır. Biz inanırıq ki, yuxarı orqanların rəhbər şəxsləri Tofiq İbrahimovun səbəb olduğu qanunsuzluqları araşdırıb, onu cəzalandıracaqlar. Qarşı tərəfi də dinləyə bilərik. Geri qayıt |