Əsas Səhifə > Güney Press / Manşet > SƏLİM MÜSLÜMOVA В«YUXARILARDANВ» В«DURВ» ƏMRİ VERİLDİ
SƏLİM MÜSLÜMOVA В«YUXARILARDANВ» В«DURВ» ƏMRİ VERİLDİ14-12-2013, 13:18 |
|
FİZULİ ƏLƏKBƏROVA QARŞI BU HAKİMİYYƏTİN AQRESSİYASI YOXDUR DİA.AZ: - Fizuli Ələkbərovdan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunu alan Səlim Müslümovun əvvəlki nazirə münasibətdə az qala düşmənçilik siyasəti yürütməsi aşkar surətdə hiss olunandır. Bildirək ki, bu barədə əvvəlindən də məlumatlar yaymışıq və nazirin yürütdüyü siyasətin, nümayiş etdirdiyi dəst-xəttin sanki Fizuli Ələkbərovun qollarının qandallanmasına xidmət etdiyini xüsusi olaraq vurğulamışıq. DİA.AZ bildirir ki, əslində Səlim Müslümovun Fizuli Ələkbərovla çoxdan ədavəti var idi və ƏƏSMN rəhbəri sükanına oturandan sonra yeni nazir köhnə nazirlə xeyli əvvəldən olan intriqanın qisasını almağa girişdi. Hətta vəziyyət o həddə çatdı ki, Səlim Müslümovun göstərişi ilə həyata keçirilən araşdırmalar zamanı Fizuli Ələkbərova qarşı da kompramat xarakterli faktların toplanışına girişildi. Redaksiyamızı bu barədə bilgiləndirən mötəbər mənbə isə öz məlumatında qeyd edir ki, vəziyyətin məhz bu istiqamətdə cərəyan etməsi heç də В«yuxarılarınВ» ürəyincə olmayıb və Səlim Müslümova В«durrВ» əmri verilib: ««YuxarılarВ» da yaxşı anlayır ki, Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun sədri olduğu dönəmlərin qisasını alır. Və kiməsə şəxsi zəmində qisasçılıq üçün haqq tanınmadığından yeni nazirə bu barədə xəbərdarlıq edilibВ». Mənbə onu da əlavə etdi ki, Fizuli Ələkbərov vəzifəsindən alınsa da, onunla bağlı hər hansı hüquqi addımın atılması heç də planlaşdırılmır: В«Belə absurd bir hadisəyə ümidlə baxanlar yanılırlar. Hakimiyyət heç də öz keçmiş nazirini həbsə atdırmaz. Əgər Fizuli Ələkbərovun bu şəkildə cəzalandırılması niyyəti olsaydı, o zaman ona qarşı vəzifə başında olarkən cəza verilərdi. Daha prezident seçkilərinin yola verilməsi gözlənilməzdiВ». Onu da bildirək ki, Fizuli Ələkbərov məhz İsmayıllıda baş verən hadisələrin fonunda iqtidar qarşısında ona olan etimadı itirmiş fiqur hesab olunur. Geri qayıt |