Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV DAHA BİR QƏZA İLƏ ÜZ-ÜZƏ
RÖVNƏQ ABDULLAYEV DAHA BİR QƏZA İLƏ ÜZ-ÜZƏ12-12-2013, 17:56 |
|
DİA.AZ: - Son günlər heç də ürəkaçan günlərini yaşamayan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə Bakıya yağan birinci qar da düşərli olmadı. Bu barədə DİA.AZ-a ARDNŞ-dəki mənbələrdən daxil olan məlumatda deyilir. Xatırladaq ki, neçə gündür yerli mətbuatda Rövnəq Abdullayevin Avropadakı sirli biznesi ilə bağlı məlumatlar yayılır. Və bildirilənə görə, bu məsələdə ARDNŞ şefinin iqtidar daxilindəki rəqiblərinin müstəsna xidmətləri var. Və qanının belə qara vaxtında Rövnəq Abdullayevin bu gün günorta saatlarında daha bir xoş olmayan hadisə yaşadığı söylənilir. Məlumata görə, ARDNŞ şefinin maşını qəzaya uğrayıb, daha doğrusu, yolların sürüşkən olması səbəbindən Rövnəq Abdullayevin də içində olduğu maşın Səbail rayonu ərazisində sürüşərək yaxınlıqdakı işıq dirəyinə toxunub. Mənbə iddia edir ki, hadisə nəticəsində maşina ziyan dəyib və xəsarət alan olmayıb. Məlumata görə, ARDNŞ şefinin maşınına təxminən 1500 manatlıq zərər dəyib. Geri qayıt |