Əsas Səhifə > Güney Press / Manşet > AZAD RƏHİMOVUN ADI 3 MİLYONLUQ QALMAQALDA KEÇİR

AZAD RƏHİMOVUN ADI 3 MİLYONLUQ QALMAQALDA KEÇİR


5-12-2013, 15:25
AZAD RƏHİMOVUN ADI 3 MİLYONLUQ QALMAQALDA KEÇİR
DİA.AZ: - Gənclər və idman naziri Azad Rəhimov üçün arzuolunmaz günlər yaşanmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Azad Rəhimovun adı nazirliyə dövlət büdcəsindən idman obyektlərinin təmiri və bərpası məqsədilə ayrılan təxminən 3 milyon manata yaxın vəsaitin mənimsənilməsində hallandırılır.

Redaksiyamızı məlumatlandıran bilgili qaynaq iddia edir ki, bu işdə Azad Rəhimova yaxın olan və hazırda nazirlikdə yüksək vəzifə tutan şəxslərdən biri əsas iştirakçıdır: В«Bu adamın kimliyi lazımi dairələrə məlumdur. Həmin şəxsin iştirakı ilə nazirlikdə inşaat və təmir işləri məqsədilə ayrılan pullar demək olar ki, mənimsənilirВ».

Mənbəmiz həmin şəxsin kimliyini açıqlamasa da, maraqlı bir faktı qeyd etdi: В«Pulu kimin В«yeməsindənВ» açılı olmayaraq, dövlət büdcəsi ilə bağlı hesabatlarda Azad Rəhimov məsul şəxs kimi qeyd olunur. Ona görə də nazir bui şlə əlaqədar şəxsən cavab vermək zorunda qalacaqВ».

Onu da bildirək ki, nazirə qarşı ittihamlara əsas yaradan faktlardan biri həmin GİN-də əyləşən müəmmalı məmurun əli ilə yaradılmış qurama inşaat firmaları adından mənimsənilən külli miqdarda büdcə pulları ilə bağlıdır.

Araşdırmalarımız davam edir. Yeni bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt