Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR REKTOR HƏBS TƏHLÜKƏSİ QARŞISINDA
DAHA BİR REKTOR HƏBS TƏHLÜKƏSİ QARŞISINDA6-02-2012, 17:32 |
![]() ONUN KORRUPSİYANIN QURBANI OLACAĞI BİLDİRİLİR DİA.AZ: - Son vaxtlar özəl Universitetlərlə bağlı maraqlı məlumatlar yayılır. Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev haqda informasiyalar saxta dissertasiya işindən tutmuş orqan alverinə qədər adı hallandırıldı. ABU bağlanıb, rektoru qeybə çəkildikdən sonra Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin maxinasiyalarından və korrupsiya əməlləri media səhifələrinə yer aldı. İndi isə daha bir özəl universitetin rəhbərliyi barədə anoloji məlumatlar dolaşır. Bu arada sensasiya doğura biləcək informasiya aldıq. Söhbət illərdir paytaxtda fəaliyyət göstərən və müəyyən reytinqə malik olan özəl bir ali məktəbin rektorunun gözlənilən həbsindən gedir. Məlumata görə professor-rektorun durumu yumşaq desək kritikdir. Onun həbs olunması demək olar ki, an məsələsidir. Belə ki, sən demə kritik durumun yaranmasına səbəb bir müddət öncə rektorla bağlılığı hər kəsə məlum olan şəxsin korrupsiya faktı ilə həbs olunmasıdır. Məlumata görə hal-hazırda istintaqı gedən bu şəxs rektora əməllicə problem yaratmaqdadır. Hətta onun rektora belə bir ismarıc göndərdiyidə deyilir: В«ya məni buradan qurtaracaqsan, ya da mənimlə bir kamerada yatmalı olacaqsanВ». Həbs olunan şəxsin В«beli yumşaqlığВ»ından əndişələnən rektor da hərəkətə keçib. Onun bütün resurslarını səfərbər etdiyi və həbsdə yatan şəxsi qurtarmağa çalışdığı bildirilir. Amma Universitetdə korrupsiya yoxlamalarının başlaması necə deyərlər rektorun dərdinin üstünə dərd gətirib. Bir tərəfdən barəsində həbs qəti imkan tədbiri seçilmiş В«silahdaşıВ»nın təhdidləri, digər tərəfdəndə Universitetdəki korrupsiya yoxlamaları rektorun durumunu çətinləşdirib. Geri qayıt |