Əsas Səhifə > Güney Press / Manşet > DİPLOMAT DUBAYDA TUTULAN GENERALIN BORCUN ÖDƏYƏCƏK
DİPLOMAT DUBAYDA TUTULAN GENERALIN BORCUN ÖDƏYƏCƏK23-11-2013, 11:10 |
|
DİA.AZ: - Dubayda həbs olunan Cavadağa Sultanovla bağlı yeni məlumat yayılıb. DİA.AZ bildirir ki, bu barədə sözügedən xəbərlərin ilkin qaynağı kimi çıxış edən "qafqaznews.az" portalı xəbər yayıb. Redaksiyanın yaydığı məlumata görə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov nəinki Cavadağa Sultanovun zaminə buraxılması üçün zamin məktubu yazıb,hətta Cavadağa Sultanovun əməllərindən 7 milyon dollar ziyana düşənlərin pulunun ödənilməsi üçün də Birləşmiş Ərəb Əmirlikləri dövlətinə zəmanət məktubu təqdim edib. Bir sözlə bundan sonra əgər Cavadağa Sultanov zərərçəkmişlərin 7 milyon dollar pulunu ödəməkdən boyun qaçırsa, səfirimizin təqdim etdiyi zəmanət məktubuna əsasən onun əvəzinə həmən pulu zərərçəkmişlərə , onları ödəmək haqqında öhdəlik götürən bizim dövlət ödəməlidir. Biz səfir Elxan Qəhrəmanovla Cavadağa Sultanovun yaxın dostluq münasibətlərində olmaqlarını qeyd etmişdik,ancaq bu gün aldığımız məlumata görə səfir Elxan Qəhrəmanovun Cavadağa Sultanovun əvəzinə 7 miliyon dolları zərərçəkmişlərə ödəmək üçün Ərəb Əmirlikləri dövlətinə zəmanət məktubu təqdim etməyi bizdə bu məsələyə bir daha maraq oyatdı və bu da o deməkdir ki, araşdırmalarmız davam edəcək... Sənan Məmmədli Geri qayıt |