Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOVUN HƏYATI TƏHLÜKƏ ALTINA DÜŞÜB
ƏLİ İNSANOVUN HƏYATI TƏHLÜKƏ ALTINA DÜŞÜB11-11-2013, 15:28 |
|
DİA.AZ: - Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan xəbər var. Verilən məlumatlara görə, Əli İnsanovun həbsxanada qəfil vəziyyəti pisləşdiyindən həkim çağrılıb. Bu barədə DİA.AZ-a sabiq nazirin yaxınları məlumat verib. Bildirək ki, Əli İnsanov səhhətində heç bir problemin olmaması ilə bağlı bu günlərdə vəkili vasitəsilə açıqlama vermişdi. Əslində sabiq nazirin bel fıtığından əziyyət çəkdiyi və həbsxana şəraitində durumunun daha da pisləşdiyi faktı mövcuddur. Yaxınları redaksiyamıza bildirib ki, Əli İnsanov mətbuatda yazıq kimi görünməməsi üçün bu tipli məlumatların ictimailəşməsinin əleyhinədir: В«Amma keçən şənbə Əli İnsanovun durumu ağırlaşıb. Əgər lazımi müalicə həyata keçirilməsə, xəstəliyi daha da şiddətlənə bilərВ». Geri qayıt |