Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ

ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ


11-11-2013, 13:51
ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub.

DİA.AZ bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsahib Məcidov tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, M. Məcidov fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.


ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ HƏBS ETDİRDİ

Geri qayıt