Əsas Səhifə > Güney Press / Manşet > PREZİDENT NAZİRLƏR QARŞISINDA HANSI ÖHDƏLİYİ QOYUB?
PREZİDENT NAZİRLƏR QARŞISINDA HANSI ÖHDƏLİYİ QOYUB?11-11-2013, 13:44 |
|
DİA.AZ: - В«Hakimiyyət yenidən gəncləşmə siyasətinə start verəcək. Doğrudur, Nazirlər Kabinetinin son təsdiqi zamanı bu hal müşahidə olunmasa da, vəzifə başında təsdiqlənən nazirlərə gəncləşdirmə siyasəti ilə bağlı təlimat vermilibВ». Bu ilginc açıqlamanı DİA.AZ-a hökumət içindəki mənbə verib. Xatırladaq ki, hələ son parlament seçkilərindən gəncləşdirmə siyasəti hazırki iqtidar üçün prioritet siyasət kimi təqdim olunmağa başlayıb. Bununla bağlı hətta dövlət başçısı da xüsusi açıqlamalar verib və anlaşılanı odur ki, rəsmi Bakı bir çox vəziələrdə gənc kadrların təyinatında maraqlıdır. Eyni zamanda 65 yaş senzinin tətbiqinin də məhz gəncləşdirmə siyasətilə əlaqədar olduğu məlumdur. Redaksiyamıza bu barədə danışan mənbə bildirir ki, artıq hər bir nazir qarşısında gənc kadrların təyinatı ilə bağlı konkret öhdəlik qoyulub: В«Dəqiq rəqəm olmasa da, təxminən 50-yə yaxın gənc kadrı hər bir nazir işə götürməlidir. Və onların əksəriyyətinə rəhbərlikdə təmsilçilik haqqı tanınmalıdırВ». Mənbəmiz bildirir ki, yaxın günlərdə bu prosesə start veriləcək: В«Necə ki, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri yerlərdə əhali ilə silsilə görüşlər keçirir və artıq bu kampaniya iqtidarın siyasətinə çevrilib, eləcə də indi nazirlər bir-birinin ardından və paralel surətdə gənc kadrlarla bağlı təyinatları həyata keçirməlidirlərВ». Geri qayıt |