Əsas Səhifə > Güney Press / Manşet > QALMAQALLI TOY SAHİBİNİ YERLİLƏRİ İTTİHAM ETDİ

QALMAQALLI TOY SAHİBİNİ YERLİLƏRİ İTTİHAM ETDİ


8-11-2013, 17:50
QALMAQALLI TOY SAHİBİNİ YERLİLƏRİ İTTİHAM ETDİ
DİA.AZ: - Bir neçə gün öncə Bakıda "Mercedes Gelandewagen”li avtomobil karvanı ilə müşayiət olunan toy mərasimi böyük səs-küy yaratdı. Gah dedilər keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda olub bu hadisə, gah da deputat Hüseynbala Mirələmovun oğlunun toyunda. Amma sonradan toy sahibi də bilindi və mətbuata açıqlama da verdi.

Hətta bu kortecə görə polisin axtarışlara başladığı da məlum oldu. Səb demə, 25 “Gelandewagen” avtomobilinin iştirak etdiyi toy “kortej”inin yol-nəqliyyat qaydalarını pozubmuş. Buna görə də, yol polisi artıq hərəkətə keçibvə hətta bununla bağlı keçmiş nazir Səfər Əbiyevin ailəsinə müraciət də olunub. Lakin ailədən bu toy karvanınını keçmiş nazirin oğlunun toyu ilə əlaqəli olmadığı bildirilib.

Sonradan isə aydın oldu ki, mərasim noyabrın 4-də “Hollywood” şadlıq sarayında baş tutub. Bəlli olub ki, toy sahibi mətbuatda qeyd edildiyi kimi sabiq müdafiə naziri deyil, azərbaycanlı iş adamlarından biridir. Bu iş adamı Salyan rayonunun Qarabağlı kəndindən olan Qurban Abbasovdur (Hacı Qurban). Ona məxsus şirkətlər arasında oğlu İlkin və qızı Nigarın adını daşıyan “İlkin N” və “Nigar LTD”-nin şirkətlərinin adı var. Amma bunlar hamısı deyil və DİA.AZ bu istiqamətdə böyük araşdırma aparıb. Hələliksə...

Xatırladaq ki, toy iş adamının oğlunun – İlkin bəyin olub. İlkin və Səidə cütlüyünün toy mərasimində tanınmış simalardan aparıcı İlkin Həsənli, Manana, Mənsum İbrahimov da iştirak edib. Qeyd edək ki, bu toyun sahibləri ötən il də səs-küylü toy kortejləri ilə yadda qalan Ayxan və Nigar cütlüyü ilə qohumdurlar. (Nigar Hacı Qurbanın qızıdır)

Bildirək ki, salyanlı iş adamı Qurban Abbasov oğlunun paytaxtda baş tutan səs-küylü toy mərasimi ilə bağlı mətbuata da danışıb. Özünün açıqlamasında iş adamı “Gelandewagen” “kortej”i ilə müşayiət olunan mərasiminin oğlu İlkinin dostları tərəfindən təşkil olunduğunu bildirib. Toy karvanının sabiq müdafiə naziri Səfər Əbiyevin oğluna məxsus olması ilə bağlı mətbuatda gedən xəbərlərdən narazı qalan iş adamı “kortej”dəki avtomobillərdən heç birinin onun ailəsinə məxsus olmadığını bildirib: “Mən məmur deyiləm, adi iş adamıyam. Oğlumun toyuna Amerikadan, Afrikadan müğənnilər gətirməmişəm. Sizə həmin toyun videosunu da təqdim edə bilərəm. Görərsiniz ki, toyda iştirak edən insanların 80 faizi kənd adamlarıdır. Mən 24 saatın cəmi 3-4 saatını yatan, əli qabarlı insanam. Məni tanıyan hər kəs bilir ki, o çəkilişlərin olmasını istəmirdim. Toy karvanında iştirak edənlər oğlumun dostlarıdır. Onlara necə deyə bilərdi ki, gəlməyin toya?

QALMAQALLI TOY SAHİBİNİ YERLİLƏRİ İTTİHAM ETDİ

Mənim evimə haram pul gəlmir. Əgər əlimə iynə ucu boyda haram pul gəlsə, hamısını yandıraram. Özüm Hacı adamam, əlim dəyən qara daş haqqı, oğlumun cəmi 7 minlik “Mersedes”i var. Ümumiyyətlə, o kortejdə mənim ailə üzvlərimdən heç kim yoxdur. Həmin avtomobillərin nömrələri görünür, araşdırma aparıla bilər. Oğlum tərbiyəli, savadlı oğlandır. Öyrənə bilərsiz, kimsə onu hansısa bir bahalı restoranda görüb?

Məni hər kəs Salyanda “yetimlər atası” kimi tanıyır. Salyanda Kür daşqınları olanda yeganə texnika bizdə idi, biz Kürün bəlasından xalqı qurtarmışıq. Onu yazanları Allaha tapşırıram. Milləti düşündürən şeylər yazsınlar, əvvəl dəqiqləşdirmək lazım idi ki, bu toyun sahibi kimdir. Mən o xəbərləri oxuyandan sonra sındım, çox pis təsir etdi mənə”.

Bəli, özünü “yetimlərin atası” kimi təqdim edən bu adamla bağlı apardığımız araşdırmalardan aydın oldu ki, sən demə Hacı Qurban Salyanda yerli sakinlərə əlindəki imkanlardan istifadə edərək zülm edən birisi kimi tanınır. Elə bu barədə DİA.AZ redaksiyasına şikayət məktubu da ünvanlanıb.

QALMAQALLI TOY SAHİBİNİ YERLİLƏRİ İTTİHAM ETDİ

Redaksiyamıza Salyan rayonu Qarabağlı kənd sakinləri tərəfindən ünvanlanan məktubda seyilir: “Biz Qarabağlı kənd sakini imzamızla təsdiq etdiyimiz ərizəni ünvanınıza göndəririk. Yazıb sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin həllində bizə köməkliyinizi göstərəsiniz.

Salyan rayonunun Qarabağlı kəndində yaşayan iri sahibkar Qurban Abasov yerli sakinklərin haqqını tapdayır. Bu həmin adamdır ki, oğluna Bakıda dəmdəstgahlə toy edərək, bütün ölkəni öz varidarı ilə heyrətə gətirdi. Bu sərvət isə Salyan camaatına qan uddurmaqla əldə olunub. O isə bildirir ki, əlindəki imkanları halal yolla əldə edib, evinə haram pul aparmayıb. Bunların hamısı yalandır.

Q. Abasovun qanunsuz hərəkətləri, cinayətləri o qədər çoxdur ki, bu cinayətlərin hansından başlamağa çətinlik çəkirik. Ona məxsus çoxlu sayda şirkət, firma və digər müxtəlif təyinatlı ticarət obyektləri vardır. Onlardan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat MMC”, “A+B OİL Servis”-i göstərə bilərəm ki, bunların da illik maliyyə dövriyyəsi təqribən 30-50 milyon manata bərabər olduğu halda Q.Abasov çox cüzi məbləğdə vergi ödəyərək ölkəmizin iqtisadiyyatına maddi ziyan vurmaqla dövləti xüsusi ustalıqla aldadır. Buna görə də sizdən xahiş edirik ki, göstərilən özəl müəssisələrdə vergi qanunçuluğuna riayət etmə fəaliyyətləri yarandığı gündən bu günədək dəqiq yoxlanılsın.



Yuxarıda adları çəkilən şirkət və firmalarda faktiki olaraq 800 nəfərdən çox işçi çalışdığı halda Q.Abasov bu şirkətlər üçün verdiyi hesabatlarında ümumilikdə 100-150 nəfər işçinin çalışdığını göstərir.

Buda öz növbəsində dövlət büdcəsinə küllü miqdarda ziyan vurmaqla bərabər burada çalışanların gələcək pensiya təminatını təhlükə altına alır ki, nəticədə işləyənləri dövlətdən narazı salır.
Sizə bildirirəm ki, Q.Abasov qanunsuz yolla daha doğrusu rüşvətlə:

1. Salyan rayonunun Qarabağlı kəndində 90 ha,
2. Kərimbəyli kəndində 60 ha,
3. Təzəkənd kəndində 120 ha,
4. Əhali arasında 5-ci şöbə adlanan ərazidə 250 ha,
5. Qırxçıraq kəndində 120 ha ümumilikdə 550 ha kənd əhalisinin örüş-otlaq sahələri üçün nəzərdə tutulan əraziləri özəlləşdirərək təyinatını dəyişdirmiş və öz mülkiyətinə çevirmişdir. Nəticədə Qarabağlı, Kərimbəyli, Təzəkənd və digər ərazilərdə yaşayan kənd əhalisinin heyvandarlıqla məşğul olması və inkişaf etdirməsi üçün ciddi maniyə yaratmışdır. Belə ki, Q.Abasov bu torpaqların təyinatını dəyişərək balıq gölləri, digər yararsız hala düşməsinə səbəb olmuşdur. Təzəkənd kəndli ərazisindəki yuxarıda göstərilən 120 ha bənd arası torpaq sahəsini əkin sahəsi kimi istifadə etmək üçün Kür çayının son daşqınlarından sonra, əhaliyə dəyən ziyanların qarşısını almaq üçün sizin şəxsi təşəbbüsünüzlə yeni inşa olunmuş bəndin zəifləməsinə gətirib çıxarmışdır. Q. Abasov tərəfindən qanunsuz yolla əldə olunmuş əmlaka əlavə olaraq:
6. Salyan rayonu Qarabağlı kəndındə əvvəllər Neft şirkətinə məxsus sahəsi 5000 m2 olan qeyri-qanuni özəlləşdirilmiş tikili.
7. Qarabağlı kəndində əvvəllər pambıq qəbulu məntəqəsi olmuş 5 ha qaraj kimi istifadə olunan ərazi.
8. Qarabağlı kəndində əvvəllər kolxoza məxsus kənd təsərrüfatı məhsulları anbarı olmuş sahəsi 6000 m2-dən çox olan tikili və sonradan qeyri-qanuni inşa olunmuş tikililər.
9. Qarabağlı kəndində çörək zavodu.
10. Qarabağlı kəndində ticarət mərkəzi.
11. Şirvan şəhərində ümumilikdə sahəsi 6-ha artıq ola Qarasu neft şirkətinin yaxınlığında qaraj və tikililər.
12. Salyan rayon mərkəzində mərkəzi bazar.
13. Salyan rayon mərkəzində beton zavodu.
14. Qaradağ rayon beton zavodu”.



Daha sonra sakinlər yazır ki, artıq bu adamın əməlləri ilə bağlı dövlətin müvafiq qurumlarına da şikayət məktubu ünvanlayıblar.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt