Əsas Səhifə > Güney Press / Manşet > TOVUZ SAKİNİ POLİSDƏN NAZİRƏ ŞİKAYƏT ETDİ
TOVUZ SAKİNİ POLİSDƏN NAZİRƏ ŞİKAYƏT ETDİ6-11-2013, 17:33 |
![]() DİA.AZ: - Tovuz rayonu Qovlar şəhəri Sevil Qazıyeva küçəsi ev 59 da yaşayan Hüseynovlar ailəsi adından, ailənin üzvü Hüseynov Arzu Cabbar oğlu daxili işlər naziri Ramil Usubova və DYP-nin rəisi Ramiz Zeynalova müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-da yer alam müraciətin mətnində deyilir: “27.10.2013 cü il tarixdə Tovuz rayonunun Qovlar şəhər ərazisində Qovlar-Saratovka avtomobil yolunda axşam saatlarında təxminən 19-radələrdə markası və dövlət nömrə nişanı bizə məlum olmayan, Tovuz RPŞ-i əməkdaşlarına məlum olan ağ rəngli minik avtomobili və BMW-markalı dövlət nömrə nişanı 60-BM-286 saylı minik avtomobilləri Saratovka istiqamətində Qovlar şəhər yaşayış sahəsində, ötüşərkən təxminən saatda 120-130 km.saatla atam 87 yaşlı Hüseynov Cabbar Hüseynqulu oğlununun ümumi sayı 68 olan qoyunlarını vurmuş, qoyunlardan 44-ü hadisə yerində, yaralı olan 4-dü isə evdə tələf olmuşdur. Zərbə nəticəsində havaya qalxan qoyunların bir neçəsi atama qəymiş, o asfalt yola yıxılmış, nəticədə onun əlləri, qolları və sinə nahiyyəsində əzilmiş və ciddi sıyrıqlar olmuşdur. Hadisəni törədən hər iki avtomobilin sürücüləri onu yaralı və yaxud da ölmüş bilərək avtomobilləri ilə birlikdə hadisə yerindən qaçmışlar. Hadisəni törətmiş sürücülər ona yardım etmək əvəzinə onu köməksiz halda qoyub qaçmışlar, bu özü də bir cinayətdir, onları bağışlamaq olmaz. Onlar mütləq cəzalandırılmalıdırlar. Hadisə yerinə gələn sakinlər təcili-yardım çağırıblar, gələn həkim ona ilkin tibbi yardım göstərmiş, atamı xəstəxanaya aparmaq istəsələr də, o xəstəxanaya getməkdən imtina etmiş, vəziyyəti çox ağır olmadığı üçün onu evdə müşahidə altında müalicə alması qərarlaşdırılmışdır. Bu haqda da Tovuz RPŞ-nə arayış verilmişdir. Hadisə şahidləri də təsdiq edirlər ki, hadisəni 2 avtomobil törədib, avtomobillər təxminən saatda 120 km.saat hərəkətdə olub. Həmin hadisənin şahidi olmuş, adının açıqlanmasını istəməyən (qadın) sakinin deməsinə görə ötüşən hər 2 avtomobilin sürəti təxminən saatda 120-130 km.saat idi. Tovuz RPŞ-i 2-ci avtomobilin sahibini gizlətmək üçün, hadisəni 1 avtomobilin törətdiyini iddia edir. Şahidlər isə hadisəni 2 avtomobilin törətdiyini deyirlər. Hadisəni törədən 2-ci avtomobilin də sahibinin təxmini olaraq adı məlumdur. Araşdırmalarımız davam edir, yaxın günlərdə avtomobilin dövlət nömrə nişanı və sahibi haqqında məlumat verəcəyik. Hadisə yerinə gələn Tovuz RPŞ-nin və DYR-nin Tovuz rayon şöbəsinin əməkdaşları öz bildikləri kimi hərəkət etmişlər. Bu hadisənin gizlədilməsi, ört-basdır edilməsi, zərərçəkmişə lazımi yardım göstərilməməsi, ona dəymiş küllü miqdarda zərərin əvəzinin ödənilməməsi, bizim iradlarımıza, şikayətlərimizə baxılmamasının əsas səbəbi hadisəni törədənlərdən birinin “arxalı” və yaxud da “imkanlı” olmasıdır. Zərərçəkmişlər yəni bizlər Tovuz rayonundakı bu özbaşnalıqlar, haqsızlıqlar,qanunsuzluqlar, hadisəni törədənlərdən birinin dövlət nömrə nişanı və sahibi bizə məlum olmayan Tovuz RPŞ-nə məlum olan, lakin onlar tərəfindən gizlədilir, ört-bastır edilməyə calışılır. Ona görə də həmin sürücünün insanların çox olduğu yerdə (həmin yerdə şadlıq sarayı mövcuddur) Qovlar şəhərinin içində, yaşayış məskənində saatda 120-130 km.saatla hərəkət edərək 48 qoyunun tələf olmasına və atamın xəsarət almasına səbəb olmuş “arxalı” və yaxud da “imkanlı” avtomobil sahibinin tapılıb cəzalandırılması və bizə vurulmuş maddi zərərin ödənilməsi üçün Sizə müraciət edirik. Hadisənin üstünün açılmasını istəməyən Tovuz rayon Hüquq Mühavizə orqanlarının hərəkətsizliyindən DİN-nin 102 xidmətinə hadisə baş verən zaman və 02 noyabr 2013 cü il tarixdə məlumat verilmişdir. Bu hadisə ilə bağlı Azərbaycan Respublikasının KİV-lərində, xəbər portallarında, Televiziya kanallarında təkrar-təkrar informasiyalar verilmişdir. Yəni bu hadisə Azərbaycan Respublikasının hüdudlarından kənarda da ictimailəşib. Mən özüm Rusiya Fedarasiyasının Sankt-Peterburq şəhərində yaşayıram, Rusiya vətəndaşıyam, bu hadisəni də Azərbaycan TV-kanallarından eşidərək Azərbaycana gəlmişəm. Hadisəni törədənlər haddında Tovuz hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmür. Hadisə törədildikdən 10 gün ötməsinə baxmayaraq Hüquq Mühavizə orqanlarından bir nəfər də olsa bu hadisə ilə maraqlanmır”. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |