Əsas Səhifə > Güney Press / Manşet > ABBAS ABBASOV İQTİDARA QARŞI PLANIN İÇİNDƏ
ABBAS ABBASOV İQTİDARA QARŞI PLANIN İÇİNDƏ2-11-2013, 15:04 |
![]() DİA.AZ: - Ölkə mətbuatında son günlərin yeniliklərindən biri də Cəmil Həsənlinin oktyabrın 29-da Türkiyə səfəri idi. Cəmil Həsənli Türkiyə səfərini İstanbulun tarixi Çırağan sarayında Türk Tarix Kurumunun toplantısının keçirilməsi və bu toplantıda qurumun Şərəf Üyəsi (Fəxri Üzvü) seçilməsii lə əlaqələndirsə də məsələ heç də bundan ibarət olmayıb. Bu barədə DİA.AZ-a özəl mənbələrdən informasiya ötürülüb. Cəmil Həsənli Türkiyəyə səfərinin ilk günündə saat 17 radələrində çox bahalı olan “Çırağan” otelinin kafesində “Milyarderlər İttifaqı”nın “ağsaqqalı” Abbas Abbasovla görüşüb. Cəmil Həsənli və Abbas Abbas arasında kafedə baş tutmuş görüş sonradan “milyonerlərin ağsaqqalına” ayrılmış lüks otaqda davam edib. Abbas Abbasov mətbuata Türk Tarix Kurumunun toplantısına qatılacağı barədə heç bir məlumat verməyib. Həmçinin Cəmil Həsənli də bu görüş barədə mətbuata açıqlama verməyib. Bu isə onların görüşünün məxfi olması ilə əlaqədardır. Bildirək ki, Cəmil Həsənlinin bu günlərdə baş tutan daha bir görüşü də mətbuatdan gizli saxlanılsa da, sonradan ictimailəşdi və yetərincə böyük rezonansa nədən oldu. Söhbət Milli Şuranın əsa namizədi kimi seçkilərə qatılan Cəmil Həsənli ilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rektoru Elşad Abdullayevin görüşindən gedir. Onu da bildirək ki, Abbas Abbasovun mətbuatda verdiyi müsahibələrdə hazırkı prezident İlham Əliyevə sadiq qaldığını, onun siyasi xəttini dəstəklədiyini, ona səs verdiyini bildirməsi ilə Milli Şuranın keçmiş vahid namizədi ilə məxfi görüşlər keçirməsi heç cür ayaqlaşmır. Abbas Abbasov hər nə qədər hazırkı iqtidarın “dostu” olduğunu bildirsə də onun gizli şəkildə fəaliyyət aparması göz önündədir. Bu görüşün həmyerlilərimizin Rusiyadan qovulduğu günlərdə yüksək məxfi şəraitdə keçirilməsidə ayrıca bir maraq doğurur. “Cəmil Həsənlinin Şərəf Üyəsi seçilməsi ilə əlaqədar Türkiyəyə səfər etməsi Abbas Abbasovla görüş üçün əvvəlcədən hazırlanmış planın bir hissəsi imiş”. Bunu da redaksiyamıza xəbəri çatıdran mənbə söyləyir. Geri qayıt |