Əsas Səhifə > Güney Press / Manşet > HACI İBRAHİM SAHİBKARI ÖLÜMLƏ HƏDƏLƏTDİRİR

HACI İBRAHİM SAHİBKARI ÖLÜMLƏ HƏDƏLƏTDİRİR


1-11-2013, 15:55
HACI İBRAHİM SAHİBKARI ÖLÜMLƏ HƏDƏLƏTDİRİR
DİA.AZ: - Qazax rayonu, Aşağı Əskipara kənd sakini Məmmədov Elşad Tofiq oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bildirək ki, iş adamı Elşad Məmmədovun yarım milyon manata yaxın vəsaitinin В«AvestaВ» konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən-96” MTK tərəfindən fırıldaq yolu ilə ələ keçirilməsi barədə mətbuatda yetərincə yazılıb. Narazı vətəndaşın prezidentə ünvanladığı məktubu DİA.AZ olaraq diqqətinizə təqdim edirik:

“Hörmətli Prezident! Müxtəlif instansiyalara “AVESTA” Konserninin prezidenti Nehrəmli Hacı İbrahim İbrahimovun külli miqdarda əmlakımı-pulumu (355.000manat) ələ keçirmə əməlinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə onun barəsində cinayət işinin qaldırılmasını tələb etsəm də, üz tutduğum ünvanlardan hər hansı cavab ala bilməmişəm”.

Daha sonra narazı sahibkar bildirir ki, onun şikayətləri Hacı İbrahim Nehrəmlinin təsiri səbəbindən baxılmamış qalır: “Ondan sanki ehtiyat edirlər. Onu da bildirək ki, şikayətçi olmasına baxmayaraq, Elşad Məmmədovun özü bu gün təqib olunmaqdadır və bu barədə prezidentdən də dəstəh istəyir.

Hətta iş o yerə gəlib, çıxmışdır ki, Elşad Məmmədov ailəsinin və özünün təhlükəsizliyinin təminatını istəyir. Onun sözlərinə görə konsernin mühafizə xidmətinin əməkdaşları bəzən açıq nömrədən də zəng vuraraq Elşadı təhdid etmişlər ki, “səni banditizmə apararıq, ayaqlarını sındırıb öldürərik. Problem yaratma”. Belə nömrələrdən birini şikayətçi bizə də təqdim etmişdir: “070 260 04 07”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt