Əsas Səhifə > Güney Press / Manşet > В«VURULANВ» NAZİRLƏR ÜÇÜN DAHA BİR BAŞAĞRISI

В«VURULANВ» NAZİRLƏR ÜÇÜN DAHA BİR BAŞAĞRISI


31-10-2013, 16:11
В«VURULANВ» NAZİRLƏR ÜÇÜN DAHA BİR BAŞAĞRISI
DİA.AZ: - В«Nazirlər Kabinetinin heyətinin xırda dəyişikliklərlə təsdiqi o demək deyil ki, hər kəs postunda əbədidir. Vəziyyət hər an dəyişə bilərВ». Bu şok açıqlamanı DİA.AZ-a hökumət içindəki mötəbər mənbə verib.

Qaynaq iddia edir ki, artıq bir sıra dövlət qurumlarının, həmçinin Nazirlər Kabinetinə aid strukturların əksəriyyətinin fəaliyyətinin zaman-zaman yoxlanılması ilə bağlı qərar verilib:

В«Bu qərara əsasən nazirliklərə və ayrı-ayrı dövlət qurumlarına, büdcə təşkilatlarına dövlət büdcəsindən 2013-cü il üçün ayrılan vəsaitlərin xərclənməsi təftiş ediləcək. Proses uzun da çəkə bilər. Və ola bilsin ki, gələn ilin yanvar ayının sonları bitsinВ».

Mənbə iddia edir ki, burada başlıca məqsəd daha çox büdcə pullarınıni təyinatı üzərə xərclənməsi ilə bağlı nəzarət mexanizminin formalaşdırılmasından ibarətdir: В«Xüsusi olaraq rəhbərləri dəyişmiş nazirliklərin qabağa salınacağı, onların nəzarətə alınacağı, fəaliyyətlərinin araşdırılacağı nəzərdə tutulubВ».

Bu arada mənbəmiz bir versiyanı da irəli sürdü ki, ola bilsin, yoxlamaların nəticəsindən vəzifələrini itirən nazirlərə qarşı bir cəza kimi də istifadə olunsun: В«Çünki artıq indidən bir sıra ittihamlar səsləndirilməkdədir. Bu isə ciddi hadisə hesab olunmalıdır. Söhbət büdcə pullarının təyinatı üzrə xərclənməməsindən, yəni böyük miqyaslı korrupsiyadan gedirВ».

Geri qayıt