Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ NAZİR MÜAVİNİNƏ VƏZİFƏ VERİLİR

KEÇMİŞ NAZİR MÜAVİNİNƏ VƏZİFƏ VERİLİR


24-01-2012, 17:17
KEÇMİŞ NAZİR MÜAVİNİNƏ VƏZİFƏ VERİLİR

ELMAR QASIMOV NAZİRLƏR KABİNETİNƏ VƏZİFƏYƏ GƏTİRİLİR

DİA.AZ: - Bir zamanlar təhsil naziri Misir Mərdanovun yerinə ən şanslı namizədlərdən biri kimi adı çəkilən, lakin keçən ilin sentyabr ayında təhsil nazirliyindəki В«tarama əməliyyatıВ» zamanı çıxdş edilən 38 yaşlı sabiq nazir müavini Elmar Qasımovla bağlı yeni məlumat almışıq.

Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, Misir Mərdanova qarşı getməsi səbəbindən В«vurulanВ» Elmar Qasımov əslində TN-yə səbəbsiz olaraq gətirilməmişdi və onu da himayə edən qüvvələr var:

В«Elmar Qasımovun nazir postuna gətiriləcəyi ilə bağlı deyilənlər də həqiqətə uyğun idi. Lakin rəqibləri daha çevik tərpənərək antikorrupsiya dönəmində onu sıradan çıxarmağa müvəffəq oldular. Lakin Elmar Qasımovun himayədarları onu sahibsiz buraxmayıblarВ».

Mənbəmiz bildirir ki, Elmar Qasımovun Nazirlər Kabinetinə vəzifəyə gətirilməsi planı mövcuddur: В«Hələlik hansı vəzifənin bu gənc kadra veriləcəyi dəqiq bilinmir. Amma bu yöndə danışıqlar aparılır və В«yuxarılarınВ» bu barədə müsbət rəyi alınıb. Ola bilsin ki, fevral ayının ilk ongünlüyündə Elmar Qasımovla bağlı qərar açıqlansınВ».


Geri qayıt