Əsas Səhifə > Güney Press / Manşet > ZAKİR HƏSƏNOVDAN İLK ŞOK KADR İSLAHATI

ZAKİR HƏSƏNOVDAN İLK ŞOK KADR İSLAHATI


24-10-2013, 19:35
ZAKİR HƏSƏNOVDAN İLK ŞOK KADR İSLAHATI
DİA.AZ: - Yeni Müdafiə Naziri Zakir Həsənov ilk kadr islahatlarını həyata keçirib. Bu barədə məlumatı özünün "facebook" səhifəsində tanınmış hərbi ekspert Üzeyir Cəfərov yazıb.

Statusda deyilir: "Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilk kadr dəyişikliklərinə başladı.Onun ilk addımlarından biri, ordunun adını rüşvət və koorupsiyaya bulaşdıran Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayevi vəzifəsindən kənarlaşdırmaq oldu.

Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrəyılov təyin edilib".

DİA.AZ-ın məlumatına görə, Üzeyir Cəfərov həmçinin bildirib ki, digər təyinatlar da var: "Onun şok addımlarından biri haqqında indi demək istəyirəm. General-mayor Altay Mehtiyev də artıq nazir müavini HHQ və HHM qoşunlarının komandanı deyil"...

Tanınmış ekspert digər təyinatların da olduğunu bildirib.

Geri qayıt