Əsas Səhifə > Güney Press / Manşet > TƏHSİL SİSTEMİNDƏ YENİ KADR İSLAHATI DALĞASI
TƏHSİL SİSTEMİNDƏ YENİ KADR İSLAHATI DALĞASI24-10-2013, 18:11 |
![]() DİA.AZ: - Təhsil sistemində ciddi islahatlar gözlənilir. Bu barədə redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, artıq bu yöndə Mikayıl Cabbarov müəyyən tədarüklərini görməyə başlayıb. Xatırladaq ki, zaman-zaman Mikayıl Cabbarov məhz Misir Mərdanovdan qalma kadrları qoruması səbəbindən ictimai hədəfə çevrilirdi. Hətta təhsil sisteminin ən acınacaqlı nöqtələrindən biri hesab olunan dərslik siyasətinə cavabdeh kadrların toxunulmaz olaraq qalması yeni nazirə tutulan əsas iradlardan biri kimi diqqətə gəlməkdə idi. DİA.AZ-ın əldə etdiyi son məlumatlardan aydın olur ki, əslində, Mikayıl Cabbarovun köhnə heyətlə yumşaq davranması səbəbsiz deyilmiş. Mənbənin söylədikləri: В«Təbii ki, illər ərzində təhsil nazirliyinin iliyinə qədər hopmağa müvəffəq olmuş ciddi şəbəkəni dağıda bilməsi üçün Mikayıl Cabbarova güc və həm də baza lazım idi. Mikayıl Cabbarova nə qədər kənardan, dövlət rəhbərliyi tərəfindən dəstək verilsə də, o təhsil nazirliyinin kadr potensialına yaxşı bələd olmadığından hətta yeni təyinatlarında belə yanıla bilərdiВ». Məhz bu səbəbdən Mikayıl Cabbarovun kardinal islahatlara əl atmadığını, indi isə prosesin yetişdiyini vurğulayan qaynağın sözlərinə görə, gələn aydan etibarən TN-nin yuxarı eşalonunda ciddi islahatlar həyata keçiriləcək: В«Mikayıl Cabbarov özünün yeni komandasını formalaşdırır. Hətta bu gün məktəb direktoru işləyən müəllimlərdən birinin təhsil nazirliyinə yüksək vəzifəyə gətirilməsi belə mümkündürВ». Geri qayıt |