Əsas Səhifə > Güney Press > ÖZÜNÜ ÖLDÜRƏN DİNDARIN QARDAŞI DANIŞDI
ÖZÜNÜ ÖLDÜRƏN DİNDARIN QARDAŞI DANIŞDI17-10-2013, 10:52 |
|
Sentyabrın 26-da 44 yaşlı Kamran Seyidovun işlədiyi Neft Şirkətində namaz otağında özünü asdığı haqda məlumat vermişdik. Belə ki, Kamran Seyidov intihar etməzdən öncə məktub yazıb və intiharının səbəbin açıqlayıb. O, intihar etməzdən öncə yazdığı məktubda bildirir ki, 06.04.2013 tarixində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb və 2 gecə “Bandotdel”də qalıb. “Dindirilmə zamanı olduğu kimi ifadə verdim. Mənə təzyiq edib istəyirdilər mən deyim ki, guya Hacı Tale Bağırzadə onlara deyib ki, məni tutsalar ajiotaj salarsız. Səhhətimin və psixoloji durumumun pis olmasından təzyiqlərə dözə bilmədim. Onlar məndən istədikləri ifadəni aldılar. Hətta ifadəm D.I.N.-yi arxiv idarəsi tərəfindən lentə də alındı. Artıq mən altı aydır əzab çəkirəm, ona görə də bu yazını yazmaq qərarına gəldim. Qoy o idarənin rəhbərliyi və işçiləri Allah qarşısında cavab versinlər. Əfsuslar olsun ki, mən də onların ambisiyalarının qurbanı oldum. Hacıcan, səni and verirəm Uca Allaha, səni and verirəm Muhəmməd və Ali-Muhəmmədə (s) məni bağışla. Allah c.c. bütün qardaşları bu zalımların şərindən qorusun. Bütün bunlara etiraz olaraq mən sizi tərk edirəm. Xahiş edirəm, məni qınamayın”- deyə Kamran Seyidov məktubunda yazır. DIN mətbuat xidmətinin şöbə müdiri Orxan Mənsurzadə bu məsələyə münasibətində bilıdirmişdi ki, məktubda yazılanlar hüquqa və məntiqə ziddir və heç bir reallığı əks etdirmir. “Azadxeber.net” saytı xəbər verir ki, Orxan Mansurzadənin açıqlamasından sonra Kamran Seyidovun qardaşı Yalçın Seyidov “Azadxeber.net”in redaksiyasına gəlib və deyib: “Aprelin 5-i iki nəfər yaşadığımız ünvana gələrək qardaşım Kamranı soruşdu. Anam tək olduğundan qapını açmayıb və soruşub ki, kimdir? Deyiblər dostudur. Ancaq bu iki nəfəri anam tanımayıb. Qardaşımdan soruşanda da tanımadığını bildirib. Səhəri gün, yəni aprelin 6-sı saat 5 radələrində sahə müvəkkili evə zəng edərək qardaşımdan şəxsiyyət vəsiqəsi ilə birgə polis bölməsinə yaxınlaşmağını tələb edib. Qardaşım Kamran polis bölməsinə gedib. Bir müddət sonra sahə müvəkkilindən maraqlananda sahə müvəkkili bildirib ki, qardaşımı Nizami rayon 24-cü polis bölməsinə təhvil verib. 24-cü polis bölməsindən maraqlananda isə məlumat veriblər ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılıb. Gecəyarısı qardaşım xahiş edib ki, anam narahatdır, evə zəng edib harada olduğumu bildirin. Bundan sonra evə zəng oldu, özünü müstəntiq kimi təqdim edən şəxs bildirib ki, Seyidov Kamran ”Bandotdel"dədir. Anam soruşanda ki, “oğlum gecə gələcək?”, müstəntiq deyib ki, “inşallah”. Amma Kamran nə aprelin 6-sı axşam, nə də 7-si gecə evə gəlib. Aprelin 8-i axşam radələrində Kamran halsız, qorxu içində evə daxil oldu. Hətta bizim evdə bərk danışmağımızdan da ehtiyat edib, qorxurdu. Üstündən bir və ya iki gün sonra yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə, telefonunun və şəxsiyyət vəsiqəsinin arxasınca gedib. Altı ay ərzində Kamran özündə deyildi, yemək yemirdi, demək olar ki, danışmırdı. Tanınmaz vəziyyətə düşmüşdü. Mətbuata çıxan məktub onun məktubudur və vəziyyəti olduğu kimi yazıb. Və mən də onun qardaşı Yalçın Seyidov bu yazını təsdiqləyirəm". Vəkil Yavər Hüseyn “Azadlıq”a açıqlamasında bildirdi ki, Səbail rayon prokurorluğunda Kamran Seyidovun intihar etməsi ilə bağlı Azərbaycan CM-in 125-ci maddəsi ilə (özünü öldürmə dərəcəsinə çatdırma) cinayət işi açılıb. “Bu iş üzrə şahid qismində dindirildim. Kamran Seyidovun məktubunun surətin istintaqa təqdim etdim və bu məktubun mənə necə çatması, hansı mənbələrdən alıdığım haqda məlumat verdim. Mən çalışacam ki, məktubun əslini də əldə edim. Kamran Seyidov mənim müdafiə etdiyim Röyal Əsgərov və Bəxtiyar Qurbanovun işi üzrə şahid idi və sentyabrın 26-da məhkəmədə ifadə verməliydi. Bu hadisənin baş verməsi isə məhkəmənin təxirə salınmasına səbəb oldu. Hazırda bu iş üzrə araşdırma davam edir və ümid edirik ki, ədalətli nəticə olar”. Geri qayıt |