Əsas Səhifə > Güney Press / Manşet > ASİF ƏSGƏROV SƏRT FORMADA CƏZALANDIRILACAQ
ASİF ƏSGƏROV SƏRT FORMADA CƏZALANDIRILACAQ10-10-2013, 16:50 |
![]() DİA.AZ: - Qabaqcadan məlumat verərək bildirmişdik ki, bir neçə rayonda seçki ilə bağlı problemlər yaşanmaqdadır. Artıq yazdıqlarımız öz təsdiqini tapır. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, konkret olaraq Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov 9 oktyabr sınağından uğursuz çıxıb. Məlumatı verən hökumət içindəki mənbə iddia edir ki, ola bilsin gələn həftə Asif Əsgərov seçkilərə müdaxilə etmə ittihamı ilə vəzifəsindən azad edilsin. Xatırladaq ki, belə bir ənənə hazırki iqtidarın təcrübəsində mövcuddur. Buna qədər Sabirabadın keçmiş icra başçılarından olan Əşrəf Məmmədov və Xətainin sabiq icra başçısı məhz В«seçkilərə müdaxiləВ» ittihamı ilə tutduqları vəzifələrindən qovulublar. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, əslində belə bir yarlıqla kiminsə vəzifəsindən atılması ondan imtinanın şiddətli formasıdır: В«Bu, həm də həmin məmurun hakimiyyət tərəfindən boykot edilməsi anlamına gəlir. Və indi də anoloji aqibətlə Səbailin icra başçısı üzləşə bilərВ». Mövzu diqqətimizdədir… Geri qayıt |