Əsas Səhifə > Güney Press / Manşet > AYDIN ƏLİYEVLƏ BAĞLI NAMİZƏDLƏRƏ MÜRACİƏT OLUNDU

AYDIN ƏLİYEVLƏ BAĞLI NAMİZƏDLƏRƏ MÜRACİƏT OLUNDU


4-10-2013, 16:58
AYDIN ƏLİYEVLƏ BAĞLI NAMİZƏDLƏRƏ MÜRACİƏT OLUNDU
DİA.AZ: - В«Gömrük sistemindəki özbaşınalıqlar nədən prezidentliyə namizədlərin diqqət mərkəzində deyil? Nədən bu gün Azərbaycan insanlarını əzən gömrükçülərdən kimsə danışmır? Bütün prezidentliyə namizədlər ancaq bir-birilərini təhqir edirlər, xalqdan o qədər uzaqdırlar ki, xalqın problemləri bir kənarda qalıbВ». Bu sözlər DİA.AZ-a daxil olan şikayətçi məktubundandır.

Narazı vətəndaşlar yazır: В«Bu gün İTV-də prezidentliyə namizədlər çıxışlarını edirlər. Əslində bütün Azərbaycan xalqı onlara gülür. İqtidarın yanında olanlara da, müxalifətə də. Çünki onlar şou göstərirlər. Heç biri reallığı ifadə eləmir. Danışdıqları nağıldır.

Bu gün Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi sahələrdən biri gömrükdür. Ölkə insanlarının istifadə etdiyi ərzağın 70 faizi xaricdən gətirilir. Ancaq hansı zülmlə? Bunu düşünən varmı?

Gömrük sistemi tamamən mafiyalaşdığından hətta müxalifətçilər də bu barədə danışa bilmir. Hamısı ağzına su alıb oturub. Çünki gömrükdə oğurlanan pullardan hamısına pay çatır. Aydın Əliyev bu gün gömrük komitəsinin başında oturub, talançılığa rəhbərlik edir. Arada əzilən biz sahibkarlarıqВ».

Şikayətçilər yazır ki, hər ay gömrükdə bir orta sahibkar 40-50 min manat arası pul itirir: В«Bu pullar kimin cibinə gedir? Aydın Əliyevdən bunun hesabını niyə soruşmurlar? Əllərində efir imkanı var. Televiziya qarşısına çıxıb, bir-birini aşağılayır, təhqir edir, butılka atırlar. Biz yaxşı bilirik ki, bu xalq sizdən heç nə gözləmir və hər biriniz artistlik edirsiniz. Amma heç olmasa, bəzən millətin könlünü oxşamağı da düşünün. Arabir xalqın da dərdindən danışınВ».

Onu da bildirək ki, redaksiyamıza göndərilən müraciəti 27 sahibkar imzalayıb.

Geri qayıt