Əsas Səhifə > Güney Press / Manşet > ZAKİR FƏRƏCOV UŞAQ BAĞÇASINA DA HAQQ QOYUBMUŞ

ZAKİR FƏRƏCOV UŞAQ BAĞÇASINA DA HAQQ QOYUBMUŞ


1-10-2013, 17:25
ZAKİR FƏRƏCOV UŞAQ BAĞÇASINA DA HAQQ QOYUBMUŞ
DİA.AZ: - Adı bir çox qalmaqallarda hallanan Abşeron rayon icra hakimiyyətinin başçısından indi də valideynlər şikayət edir. Bu barədə DİA.AZ-a müraciət edən Xırdalan şəhər sakinləri bildirir ki, icra başçısı Zakir Fərəcov rayonda elə bir şərait yaradıb ki, hətta uşaq bağçasına körpələrini yazdıra bilmələri üçün də onun xüsusi göstərişi lazımdır.

Sakinlər yazır: В«Konkret olaraq 23 saylı uşaq bağçasına müraciət etdik. Bağçanın müdirəsi В«pulsuz müştəriВ» olduğumuzu biləndə bizə əvvəlcə В«yer yoxdurВ» dedi. Sonradan bildirdik ki, kimin sözü burada keçərlidir. Açıq şəkildə etiraf etdi ki, əgər icra başçısı deyərsə, o zaman onun sözü ilə bağçaya uşaq yerləşdirə bilərlərВ».

Sakinlər bildirir ki, valideynlərdən kim pul verirsə, uşağını bağçaya götürürlər: В«Pulu olmayanlara da müxtəlif üsullarla rədd cavabı verilir. Bağça müdirəsi bildirir ki, bu işə birbaşa olaraq icra hakimiyyəti baxır. Hətta təhsil nazirliyinin xahişlərini belə rədd edirlərВ».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt